/ / Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunub
Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunub
11.03.2017 [10:43]
Martın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli gündəlik barədə məlumat verib.
Gündəliyə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” yeni qanun layihəsi daxildir. Qanun layihəsi 3 fəsil, 18 maddədən ibarətdir.
Bildirilib ki, bu Qanun tütün istifadəsinin dayandırılmasına yönəlmiş tibbi yardımın göstərilməsi, o cümlədən tütün asılılığının və tütün istifadəsinin nəticələrinin profilaktikası, diaqnostikası və müalicəsi vətəndaşlara pulsuz tibbi yardım göstərilməsinə dövlət zəmanəti proqramına müvafiq olaraq dövlət səhiyyə sisteminin, bələdiyyə səhiyyə sisteminin və özəl səhiyyə sisteminin tibbi təşkilatları tərəfindən həyata keçirilir.
Tütün istifadəsinin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılması məqsədi ilə səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbir keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla bütün növ ictimai iaşə obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, inzibati binalarda, fərdi iş otaqları və tütün çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində tütün çəkilməsinə icazə verilmir. Eyni zamanda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yol vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobus dayanacaq məntəqələrində, tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında və çimərlik əraziləri hüdudlarında, şəhərətrafı qatarlarla sərnişin daşınması zamanı yalnız sərnişinlərin qatara minməsi, qatardan düşməsi üçün istifadə edilən sərnişin platformalarında, yanacaqdoldurma stansiyalarında, yüksək təhlükə mənbəyi hesab olunan digər obyektlərdə tütün çəkilməsinə icazə verilmir.
Azərbaycan Respublikasında təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağandır. Eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa tətbiq olacaq.
Sənəddə bildirilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsulları satışı, onlar üçün tütün məmulatlarının və ya məhsullarının alınması və ya verilməsi, tütün məmulatlarını və ya bütün məhsullarını hər hansı üsulla istifadə etməyin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağandır.
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar, Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq “Tütün və tütün məlumatları” haqqında Azərbaycan Respublikası Qanununun 20-ci və 21-ci maddələri ləğv edilir.
Xəbər lenti
Hamısına baxHadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35

