Elektron imza gələn ilin ikinci yarısında tətbiq ediləcək
07.11.2009 [11:02]
“İnformasiya texnologiyaları sahəsində ilin sonunadək 10 faiz artım gözlənilir”. Bunu dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O, qeyd edib ki, bu nəticə ilə ölkəmiz orta dünya göstəricisini üstələyəcək. Nazir rabitənin enerji sektorundan sonra ikinci prioritet sahə olduğunu qeyd edərək, bu sahədə əldə olunan nailiyyətlərdən, baş verən yeniliklərdən danışıb.
Onun sözlərinə görə, bu ilin ilk 9 ayı ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 778,6 milyon manat təşkil edib.
Ə.Abbasov deyib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artaraq bu il oktyabrın 1-i tarixinə 264 manata çatıb.
Bu ilin 9 ayı ərzində rabitə birlik və müəssisələrində 1146 nəfər işə qəbul edilib, 2160 nəfər işdən azad olunub.
Oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 15,7-yə çatıb. Buna paralel olaraq, mobil telefon abunəçilərinin sayı da artaraq 7,3 milyon olub. Bu isə əhalinin hər 100 nəfərinə 82 mobil abunəçinin düşməsi deməkdir.
Əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 8 ədəd, internet istifadəçilərinin sayı isə 37-yə bərabər olub.
İnternet qiymətlərinə gəlincə, nazirin sözlərinə görə, Azərbaycanda internet xidmətlərinin qiyməti regional qiymətlərdən aşağıdır. Rəqabət nəticəsində qiymətlərdə enmə bundan sonra da mümkün olsa da, qiymətlərə yenidən müdaxilə provayderlərin işinə təsir göstərə bilər. Nazir deyib ki, ən sürətli internet 120 manat, ortasürətli internet isə 27-50 manata başa gəlir. Abonentlər az pul xərcləyərək ucuz, həm də sürəti zəif olan interneti seçirlər.
“ötən il bir sıra böyük layihələrin icrasına başlanması ilə yadda qaldı”, - deyən nazir bildirib ki, Azərbaycan ərazisi tamamilə telefonlaşdırılıb. Artıq Bakı şəhərində 300 min abonent istəsə, üçüncü nəsil avtomatlaşdırılmış telefon sistemindən istifadə edə bilər.
Rəqəmlər göstərir ki, mobil sektorda da canlanma var. Bu sahədə sıxlıq 80 faizdən yüksəkdir.
Onun sözlərinə görə, ölkədəki mobil rabitə operatorlarından əvvəlcə “Azerfon” MMC, sonra isə “Azercell-Telekom” MMC “3G”-nin tətbiqinə başlayacaq. Ancaq bundan əvvəl Nazirlər Kabinetinin müvafiq sərəncamı olmalıdır. Sərəncamdan sonra mobil operatorlar “3G”-nin tətbiqi ilə bağlı lisenziya almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edəcək. “3G” texnologiyası vasitəsilə insanlar mobil telefonlarla danışarkən həm də bir-birlərini görə biləcəklər.
Rəqəmsal sistemə keçid 2012-ci ildə başa çatacaq.
“Elektron hökumət” layihəsinin müəyyən komponentləri hazırdır. “Elektron imza” layihəsi də başa çatıb. Elektron imzanın tətbiqi gələn ilin ikinci yarasında reallaşacaq.
Azərbaycanın süni peyki isə 2011-ci ildə orbitə buraxılacaq. Bu istiqamətdə 4 məsləhətçi şirkətin olduğunu vurğulayan nazir bildirib ki, noyabrın sonunadək müqavilələrin imzalanması başa çatacaq və konkret fəaliyyət başlanacaq. O, süni peykin orbitə çıxarılması ilə bağlı Ukrayna və ABŞ şirkətlərilə danışıqların aparıldığını bildirib.
Xatırladaq ki, müvafiq proqrama görə 2011-ci ilə kimi peyk səmaya qaldırılmalıdır. Layihənin təxminən 120-200 milyon dollara başa gələcəyi gözlənilir. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsi və Asiyanın yarısını əhatə etməsini istəyir.
“Xalq kompyuteri” layihəsi üzrə uğurlardan da danışan Ə.Abbasov qeyd edib ki, layihə gələcəkdə səhiyyə və mədəniyyət işçilərini də əhatə edə bilər.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

