Hikmət Babaoğlu: 2019-cu il sosial sahədə inqilabi islahatlar ili kimi tarixə düşə bilər
27.02.2019 [09:54]
Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd etdi ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Dövlətimizin başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların, ilk növbədə, məhz sosial sferaya yönəldilməsini təmin edib. Beləliklə, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi kimi mühüm addımlar qısa müddətdə atıldı və Prezident bütün bunları həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi. Doğrudan da, qısa müddətdə belə mühüm qərarların qəbul edilməsi 2019-cu ili sosial sahədə inqilabi islahatlar ili kimi qiymətləndirməyimizə əsas verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda, bu il şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Bu günə qədər isə 6500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verilib. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı, minimum pensiyaların məbləği 38 faiz qaldırılaraq 116 manatdan 160 manata çatdırıldı. Beləliklə, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq bu da hələ son hədd deyil. Prezident İlham Əliyev bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Ən mühüm məsələlərdən bir də problemli kreditlərlə bağlı olan məsələdir. Bu, olduqca mürəkkəb və çoxmərhələli həll yolu tələb edən bir məsələdir. Dövlət başçısı artıq bununla bağlı da mühüm qərarların qəbul ediləcəyini bildirərək qeyd etdi ki, Azərbaycan problemli kreditlər məsələsini həll etməklə ciddi nümunə göstərəcək. Biz istəyirdik ki, problemli kreditlərlə bağlı məsələ ətrafında ictimai müzakirələr aparılsın və buna nail olduq. Problemli kreditlər məsələsi üzərində ötən ildən başlayaraq fəal iş aparılır. Yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz həllini tapacaq. Göründüyü kimi, artıq xeyli müddətdir ki, bu istiqamətdə işlər aparılır və məqsəd odur ki, MDB -nin bəzi ölkələrində analoji problemin həlli ilə bağlı qəbul olunmuş qərarların icrası ilə əlaqədar problemlər Azərbaycanda təkrar olunmasın, tez bir zamanda icra edilsin. Bəzi ölkələrdə bənzər qərarlar qəbul edilsə də, problem həll edilmədi, çünki onun icra mexanizmi və maliyyə mənbələri düzgün müəyyən edilməmişdi. Azərbaycanda isə buna yol verilməyəcək və bu problem də öz həllini tapacaq. Bütün bunlar Azərbaycan Prezidentinin planlı sosial siyasətinin tərkib hissəsidir və vətəndaşların sosial rifahının təmin olunmasına yönəlib.
Xəbər lenti
Hamısına baxHadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35

