/ / Moldova Respublikası Qaqauziya Muxtar Ərazisinin Komrat şəhərində Ulu öndər Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib
Moldova Respublikası Qaqauziya Muxtar Ərazisinin Komrat şəhərində Ulu öndər Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib
26.12.2009 [10:02]
Məlum olduğu kimi, dekabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Moldova Respublikası Qaqauziya Muxtar Ərazisinin Komrat şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün açılış və Muxtar Ərazinin 15 illik yubileyi ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak edib. Nümayəndə heyətində YAP-ı Milli Məclisin deputatları Asəf Hacıyev və Ərəstun Cavadov təmsil edib. Millət vəkili Asəf Hacıyev səfərin təfərrüatları haqqında qəzetimizə ətraflı məlumat verib:
- Tədbirdə Moldova Respublikasının Baş naziri Vlod Filat, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, Moldovanın sabiq prezidentləri - Mirça Sinequr və Petr Luçinski, həmçinin, digər şəxslər iştirak etdilər. Mərasim çərçivəsində Komrat şəhərinin mərkəzi parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin, rus şairi Aleksandr Puşkinin Moldova şairi Mixay Emineskunun və qaqauz şairəsi Mariana Marineviçin büstlərinin açılışı oldu.
- Bu səfər daha çox hansı cəhətləri ilə əlamətdar oldu?
- Bizim üçün bu səfər xaricdə ümummilli lider Heydər Əliyevin büstünün açılışı ilə əlamətdar oldu. Bu fakt bir daha göstərir ki, Ulu öndərimiz dünyada tanınmış böyük siyasət və dövlət xadimi olub. Moldovanın Qaqauziya Muxtar Ərazisində Heydər Əliyevin büstünün ucaldılması bu dövlətin Ulu öndərimizə ehtiramının ifadəsidir. Fikrimcə, bu əlamətdar hadisənin bir mühüm məqamı da var. Belə ki, Komrat şəhərində salınan parkın sağ tərəfində şairlərin, sol tərəfdə isə siyasətçilərin büstü qoyulmuşdu. Şairlər söz ustadıdır, amma onların sözlərində lirika, insanları sülhə çağırış ideyaları var. Siyasətçilər də siyasi söz ustadıdır. Bu paralellik böyük məna daşıyır.
- Tədbirdəki çıxışlar zamanı bu hadisənin önəmi necə dəyərləndirildi?
- Bu münasibətlə təşkil olunmuş yığıncağı Qaqauziya Muxtariyyətinin rəhbəri açdı. Sonra çıxış edən Moldovanın baş naziri qeyd etdi ki, Moldovanın ərazi bütovlüyü çərçivəsində 15 il əvvəl yaradılmış muxtariyyət ona gətirdi ki, artıq bu gün qaqauz və moldovanlar arasında sülh və əməkdaşlıq mövcuddur. Ona görə də, bu bölgə inkişaf etməkdədir. Süleyman Dəmirəl də, çıxış edərək muxtariyyətin 15 illiyini xüsusi qeyd etdi. Moldovanın ərazi bütövlüyü çərçivəsində belə bir muxtariyyətin yaradılması həm moldovan xalqının, həm də qaqauzların inkişafına xidmət edir.
- Asəf müəllim, Moldova ərazisində yaradlmış bu muxtariyyətin əhəmiyyəti nədən ibarətdir? Bu təcrübədən digər yerlərdə də istifadə olunması nə qədər məqsədəuyğundur?
- Mən də tədbirdəki çıxışımda dedim ki, 15 il öncə yaradılmış muxtar ərazi digər xalqlar və ölkələr üçün nümunə olmalıdır. Xüsusilə, söhbət Cənubi Qafqaz bölgəsindən və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən gedir. 21 il öncə ermənilər tərəfindən bu münaqişə başlamasaydı, vəziyyət başqa cür olardı. Bölgəyə yüksək muxtariyyət verilərdi, Dağlıq Qarabağ bölgəsi inkişaf edərdi, insanlar da firəvan yaşayardılar. Bildiyiniz kimi, bu yaxınlarda BMT-nin Baş Assambleyasının iclasında bir qətnamə qəbul olundu ki, bu da xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı idi. Həmin sənəddə açıq-aydın göstərilir ki, xalqların öz müqəddəratını həll etməsi ölkələrin ərazi bütövlüyünü poza bilməz.
Kiçik bir əhalisi olan Qaqauz Muxtariyyətindəki tədbirə tanınmış siyasətçilər qatılmışdılar. Belə siyasətçilərin həmin tədbirə qatılması 15 il əvvəl atılmış addıma dəstəyin ifadəsi idi. Atılan bu müdrik addım digər yerlərə də nümunə olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

