Hikmət Hacıyev: Azərbaycan xalqı parlament seçkilərində bir daha öz iradəsini ifadə etdi
12.02.2020 [09:57]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərini izləmiş xarici müşahidəçilərin rəyləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Hikmət müəllim, fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkiləri izləmiş xarici müşahidəçilərin açıqladığı rəyləri necə qiymətləndirirsiniz?
- Əvvəla, qeyd etmək istərdim ki, növbədənkənar parlament seçkiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar siyasətinin tərkib hissəsidir və Azərbaycan xalqı seçkilərdə bir daha öz iradəsini ifadə etdi.
Düşünürəm ki, təkcə elə 1300-dən çox namizədin qeydə alınması faktı həm Azərbaycan cəmiyyətində seçkilərə böyük marağın və ən əsası, inamın olmasının, həm də onun rəqabətli şəraitdə keçməsinin bariz nümunəsidir. Cənab Prezidentin dediyi kimi, “əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar”.
Azərbaycan hökuməti yenə də xoş niyyət nümayiş etdirərək parlament seçkilərini müşahidə etmək üçün qonşu dövlətlərdən tutmuş Latın Amerikasına qədər müxtəlif ölkələrə və Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlara dəvət ünvanlamışdı. Fürsətdən istifadə edərək, bizim dəvətimizi qəbul etdiklərinə görə onların hamısına öz təşəkkürümüzü bildiririk. Sevindirici haldır ki, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirildiyini vurğulayıblar.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərə dair mövqeyi ilə bağlı nə düşünürsünüz?
- Biz ATƏT/DTİHB-nin rəyi ilə də yaxından tanış olduq. Hesab edirəm ki, budəfəki dəyərləndirmədə konseptual bir fərq aydın surətdə sezilir. DTİBH-nin rəyi məzmunca siyasi bəyanat xarakteri daşımır və əsas vurğu prosedur-təşkilati məsələlərə yönəldilir. Yəni, çatışmazlıq kimi qələmə verilən məqamların, iradların əksəri məhz prosedur-təşkilati səciyyəlidir. Onlar lokal xarakter daşıyır və ümumi nəticələrə şamil olunmur. Xüsusi olaraq vurğulamaq istərdim ki, bəzi müxalifət nümayəndələrinin iddia etdiyi kimi, DTİBH-nin rəyində parlament seçkilərinin nəticələrinin şübhə altına alınması məsələsi yoxdur.
Məlum olduğu kimi, seçkidən dərhal sonra Mərkəzi Seçki Komissiyası iddia edilən bütün pozuntuların, o cümlədən videogörüntülərin ciddi şəkildə araşdırılacağını bildirmişdi.
Biz hər bir seçkini əvvəlki ilə müqayisədə tərəqqi, eyni zamanda, çatışmazlıqların aradan qaldırılması imkanı kimi görürük. Bu mənada, beynəlxalq öhdəliklərimizə uyğun olaraq beynəlxalq təşkilatlarla konstruktiv əsasda əməkdaşlığa həmişə hazırıq və DTİHB da daxil olmaqla, seçkiləri müşahidə etmiş bütün təşkilatların müvafiq təklif və tövsiyələri diqqətlə təhlil olunacaq.
Son olaraq vurğulamaq istərdim ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan xalqı seçkilər vasitəsilə qanunvericilik hakimiyyəti ilə bağlı öz münasibətini açıqlayıb. Azərbaycan hakimiyyəti də öz növbəsində, demokratik, azad, şəffaf seçki keçirməklə bağlı siyasi iradəsini bir daha ortaya qoymuş oldu.
Xəbər lenti
Hamısına baxSiyasət
21 May 13:43
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52

