/ / Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanaraq tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin etməyə nail oldu
Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanaraq tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin etməyə nail oldu
25.12.2020 [09:47]
Prezident İlham Əliyev: Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğalçı Ermənistan ölkəmizdəki hərc-mərclikdən, hakimiyyət boşluğundan sui-istifadə etməklə ərazilərimizin 20 faizini öz nəzarəti altına keçirmişdi. Üç onillik idi ki, əcdadlarımızın mirası olan torpaqlarımız işğal altında idi. Məkrli düşmən təbii sərvətlərimizi talayır, şəhər və kəndlərimizi dağıdır, maddi və mədəniyyət abidələrimizi özününküləşdirməklə bu yerlərdən azərbaycanlı izini bütünlüklə silməyə çalışır, qanunsuz məskunlaşdırma aparırdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü tam təmin etdi və bununla da üç onillik bundan əvvəl pozulmuş tarixi ədalət bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında müharibədə ölkəmizin şanlı qələbəsini dəyərləndirərək vurğulayıb: “Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı
Dünyanın ayrı-ayrı ölkələrinin keçdiyi yola nəzər salsaq, görərik ki, onların həyatındakı taleyüklü məsələlərin, tarixin müxtəlif dönəmlərində üzləşdikləri çətinliklərin aradan qaldırılmasında liderlər müstəsna rol oynayıblar. Azərbaycan üçün Ümummilli Liderimiz Heydər Əliyevin zamanında nə qədər böyük xidmətlər göstərdiyini xalqımız hər zaman sonsuz minnətdarlıq hissi ilə xatırlayacaq. Ulu Öndər Azərbaycanın müstəqilliyini qoruyan, respublikamızı anarxiyadan xilas edib sabitliyə qovuşduran, tənəzzül girdabından çıxarıb inkişafa istiqamətləndirən və gələcəyimiz üçün möhkəm təməllər yaradan tarixi şəxsiyyətdir. 1993-cü ilin yayında Azərbaycanda vəziyyət hədsiz dərəcədə gərgin idi - ölkə vətəndaş müharibəsinin astanasına gəlib çatmışdı. Belə vəziyyətdə çoxları, necə deyərlər, kənarda gəzir, suların durulmasını gözləyirdilər. Ulu Öndər Heydər Əliyev isə həmin dövrdə Onun təkidlə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini istəyən xalqının ümidlərini qırmadı, respublikamıza rəhbərliyi Öz üzərinə götürdü və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Ümummilli Liderimizin başa çatdıra bilmədiyi işləri isə son 17 ildə Onun layiqli siyasi varisi Prezident İlham Əliyev eyni ardıcıllıqla yerinə yetirir. Ulu Öndərimizin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Prezident İlham Əliyev Özünün təbirincə desək, xoşbəxt insandır ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı ata vəsiyyətini yerinə yetirmək Ona nəsib oldu. “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”, - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində səmimiyyətlə bildirib.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bu gün Azərbaycan cəmiyyətinin birmənalı mövqeyi belədir ki, Prezident İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.
Analitiklər çox haqlı olaraq bildirirlər ki, 44 günlük Vətən müharibəsində qələbəni Prezident İlham Əliyev əslində, son 17 ildə dövlət başçısı vəzifəsində apardığı məqsədyönlü, ardıcıl siyasəti ilə təmin edib. Gəlin, xatırlayaq. Fəaliyyətini daim milli maraqlar, Azərbaycan xalqının arzu və istəkləri üzərində quran Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini həmişə ölkə gündəliyinin mərkəzində saxlayırdı. O, bir tərəfdən respublikamızda gənclərə, bütün cəmiyyətə vətənpərvərlik çağırışları edir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiklərini itirən qaçqın və məcburi köçkün soydaşlarımıza hərtərəfli qayğı göstərir, onları əmin edirdi ki, mütləq doğma torpaqlara qayıdacaqlar. Digər tərəfdən, Prezident İlham Əliyev beynəlxalq platformalarda faktlara və sənədlərə istinad edərək əsaslandırırdı ki, Dağlıq Qarabağ tarixən Azərbaycana məxsus olub, ermənilər bura sonradan müəyyən siyasi məqsədlər üçün köçürülüblər.
Prezident İlham Əliyev beynəlxalq platformalarda, o cümlədən də ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda qətiyyətlə bildirirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına, BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə əsaslanmalıdır. Dövlət başçımız prinsipial şəkildə bəyan etdiyi “münaqişənin hərbi yolla həlli var” tezisinə görə ciddi təzyiqlərlə üzləşirdi. Müəyyən dairələr mesajlar verirdilər ki, münaqişə ancaq danışıqlar yolu ilə həllini tapmalıdır, hərb yolu istisnadır. Zaman Prezident İlham Əliyevin haqlı olduğunu təsdiqlədi.
Prezident İlham Əliyev praqmatik siyasətçidir və Onun “münaqişənin hərbi yolla həlli var” tezisinin arxasında real iş, real güc dayanırdı. Başqa sözlə desək, üç onillik ərzində sülh danışıqlarında fəal iştirak edən, konstruktivlik göstərən Prezident İlham Əliyev paralel şəkildə apardığı məqsədyönlü siyasətlə respublikamızı gücləndirirdi. Vətən müharibəsində qələbəmizi şərtləndirən amillər sırasında Prezident İlham Əliyevin son 17 ildə güclü dövlət konsepsiyasını uğurla həyata keçirməsi xüsusi yer tutur. Dövlətimizin başçısı ölkənin iqtisadi potensialına əsaslanmaqla müasir ordu quruculuğunu daim diqqət mərkəzində saxlayırdı. Qeyd edək ki, ötən dövrdə ölkəmizdə hər il dövlət büdcəsindən ordu quruculuğuna Ermənistanın ümumi büdcəsindən daha çox həcmdə vəsaitlər ayrılırdı. Prezident İlham Əliyev yuxarıda bəhs etdiyimiz müraciətində ordu quruculuğunun heç də asan proses olmadığını bildirərək vurğulayıb: “Bu 17 il ərzində Mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq”.
Eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycanda güclü müdafiə sənayesi yaradılıb. Hazırda respublikamızda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir və ordumuzun silah-sursata olan tələbatı böyük dərəcədə daxili istehsal hesabına qarşılanır.
Azərbaycan sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayanda məhz özünün son 17 ildə yaradılan güclü iqtisadiyyatına, güclü ordusuna güvənirdi. Prezident, Müzəffər Ali Baş Komandan hər şeyi, hər bir məqamı zərgər dəqiqliyi ilə ölçüb-biçmişdi. Müharibənin nəticələri bir daha təsdiqlədi ki, Azərbaycan Prezidenti İlham Əliyev nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilir.
İşğalçı Ermənistan ordusu məhv edildi, düşmən diz üstə çökdü
44 gün davam edən Vətən müharibəsində Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarını böyük uğurla yerinə yetirdi. Ordumuzun üzərinə xilaskarlıq, torpaqlarımızı işğaldan təmizləmək missiyası düşürdü. Döyüşlərin respublikamızın ərazisində getməsi Silahlı Qüvvələrimizin şəxsi heyətinə güclü impuls verirdi ki, bu da qələbəmizin əldə olunmasında mühüm rol oynadı.
Məlum olduğu kimi, işğalçı Ermənistanın hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə qələbə çalmayıblar. Onlar bu dəfə də öz “ənənələrinə” sadiq qaldılar. Belə ki, döyüş meydanında ağır zərbələr alan düşmən tərəf Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərini, dinc əhalini, mülki infrastrukturu ağır artilleriya atəşinə məruz qoydular. Verilən məlumatlara görə, indiyədək 100 dinc sakin həyatını itirib, 416 mülki şəxs yaralanıb, 4186 yaşayış evi, 135 çoxmənzilli yaşayış binası, 548 mülki obyekt yararsız hala düşüb. Düşmənin bu kimi müharibə cinayətlərini törətməkdə əsas məqsədi Azərbaycanın şəhər və kəndlərində dinc əhalini panikaya salmaq, insanların qələbəyə inamını qırmaq, eyni zamanda, digər dövlətləri də münaqişəyə cəlb etmək olub. Azərbaycanın sayıqlığı, düzgün taktiki gedişlər etməsi sayəsində düşmənin bu niyyəti baş tutmadı.
Azərbaycan Ordusu isə bu dəfə də öz gücünü məhz döyüş meydanında göstərdi. Müharibənin ilk günlərindən təşəbbüsü ələ alan Ordumuz noyabrın 10-dək təxminən 300 kəndi, həmçinin Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğaldan azad etdi. 10 min fərari! Bu, Ermənistanın döyüşmək istəməyən, onlara həvalə olunan postları özbaşına tərk edən əsgər və zabitlərinin tam olmayan siyahısıdır. Azərbaycan tərəfdən isə bir dənə də olsun fərari qeydə alınmayıb. Əksinə, hətta yaralı əsgər və zabitlərimiz də tez sağalıb döyüşlərə qatılmağı arzulayırdılıar. Ordumuzun zərbələrindən sarsılan, diz üstə çökən, ləyaqətini büsbütün itirən düşmən ölkənin hərbi-siyasi rəhbərliyi artıq müharibəni davam etdirmək iqtidarında olmadığını etiraf edərək noyabrın 10-da üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları bu sənəd, əslində, düşmən ölkə üçün tam məğlubiyyət aktıdır. Yuxarıda bəhs olunan çıxışında şanlı qələbəmizi yüksək dəyərləndirən Prezident İlham Əliyev “Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi “İrəli!” əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə etməli idik. Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi”, - deyə bildirib.
Üçtərəfli Bəyanata əsasən işğalçı Ermənistan məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını Azərbaycana döyüşsüz təslim etdi.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

