Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları Quba və Xaçmazda olublar
12.02.2016 [09:59]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 11-də Qubada öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında Qubaya gələn qış məktəbinin iştirakçıları burada yerli gənclərlə birgə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçılarını salamlayaraq, rayondakı multikultural durum barədə tələbələrə məlumat verib: “Quba rayonunda 149 kənd (onlardan yeddisi qəsəbədir) və bir şəhər yerləşir. Əhalisi 160 min nəfərdən artıqdır. Bağçılıq və turizmin inkişaf etdiyi Quba alması və xalçaları ilə məşhurdur. Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Uzun əsrlərdir biz bu millətlərlə yanaşı, mehriban yaşayırıq. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olması ilə yanaşı, dövlət siyasətində prioritet istiqamət olduğunun göstəricisidir. Qubada qış məktəbinin iştirakçılarını 20-yə yaxın qubalı gənc də müşayiət edəcək. İnanıram ki, buradakı birgə səfərləriniz və görüşləriniz zamanı qubalı gənclərlə qış məktəbinin tələbələri arasında ömür boyu sürən dostluqlar yaranacaq”.
Quba Soyqırımı Memorial Kompleksinin ziyarətindən sonra tələbələr qubalı gənclərlə birgə Azərbaycandakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayevin müşayiəti ilə Qubadakı Qırmızı Qəsəbədə olub, sinaqoqlara baş çəkiblər. Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov tələbələri salamlayaraq yəhudilərin adıçəkilən qəsəbədə, eləcə də Azərbaycanda məskunlaşması tarixindən, ölkəmizdəki multikultural mühitdən və tolerantlıq ənənələrindən söz açıb.
Sonra qış məktəbinin iştirakçıları ilə Qırmızı qəsəbənin yerli gəncləri birgə çay süfrəsi arxasında səmimi söhbət aparıblar. Quba rayon Gənclər Şurasının sədri Ramin Xudayev tələbələrlə əlaqələrin daha da intensiv və davamlı olması üçün təkliflə çıxış edib.
Həmin gün Xaçmaz rayonuna gələn gənclər Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar.
Litva Edukologiya Universitetinin professoru Vidas Kavalyiauskas və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun moderatorluğu ilə “Dünya təcrübəsində multikulturalizm modelləri” mövzusunda “dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa”da dünyanın müxtəlif multikulturalizm modelləri müzakirə edilib, multikulturalizmin Azərbaycan modelinin mahiyyətindən ətraflı söhbət açılıb.
Professor Etibar Nəcəfov Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri barədə tələbələrə məlumat verərək bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Konstitusiya qarşısında bütün dinlər bərabərdir: “Azərbaycan multikulturalizmini fərqləndirən xüsusiyyətlərdən biri də odur ki, bu ali dəyər xalqımızın həyat tərzi olması ilə yanaşı, dövlət siyasətində də prioritet istiqamətlərdən biridir. Azərbaycan dövləti ərazisində müxtəlif dinlərə aid abidələr inşa və təmir olunur”.
Tədris gününün sonunda qış məktəbinin müdavimləri Xaçmaz Olimpiya İdman Kompleksində yerli gənclərin iştirakı ilə futbol, voleybol, üzgüçülük, şahmat, bilyard yarışları keçiriblər.
Qış məktəbinin dördüncü günü “Musiqi koleydeskopu” əyləncə proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44

