“CoronaVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır
25.02.2021 [09:07]
Məlum olduğu kimi, yanvarın 18-dən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyaya başlanıb. İlk günlərdə peyvənd olunanlara artıq ikinci doza vurulur.
Mütəxəssislərin sözlərinə görə, COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur. Pandemiyanın aramızdan getməsi üçün əhalinin 60-70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür.
Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə də qəzetimizə açıqlaması zamanı təsdiqləyib. Onun sözlərinə görə, həyatın əvvəlki məcrasına qayıtması üçün yol peyvəndləmədən keçir. Vaksinasiya hər kəs üçün daha güvənli yol kimi nəzərdə tutulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.
“Azərbaycanda tətbiq olunan “Sinovac” şirkətinin hazırladığı “CoronaVAC” vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən virusla mübarizədə 92 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsulla hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. “CoronaVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var”, - deyə G.Quluzadə bildirib.
Mütəxəssis vurğulayıb ki, digər tərəfdən, vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər: “Peyvənd olunduqdan sonra da tibbi maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl olunacaq. Tam güvənli şəkildə normal həyatımıza qayıdış, nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır. Ümid edirik ki, vaksinasiya prosesi tam başa çatandan sonra bir ildir ki, qorxulu kabus kimi bəşəriyyətin başı üstünü almış COVID-19 təhlükəsi sovuşacaq və həyat əvvəlki məcrasına qayıdacaq. Bunun üçün yeganə yol hamının peyvənd edilməsindən keçir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

