Yoluxmalar artır: sərt karantin gözlənilirmi?
05.02.2022 [10:12]
Ekspertlər bildirirlər ki, yenidən qapanmalar sosial-iqtisadi fəsadlara yol aça bilər
Mübariz ABDULLAYEV
Azərbaycan hökuməti pandemiya dövründə strateji önəm daşıyan bir neçə prioritet müəyyənləşdirib. Bunlar əhalinin sağlamlığının mühafizəsi, sosial müdafiəsinin gücləndirilməsi və milli iqtisadiyyatın funksionallığının qorunması ilə bağlıdır. Ötən dövrdə bəhs olunan istiqamətlərdə olduqca mühüm tədbirlər görülüb. O cümlədən respublikamızda təxminən ölkə əhalisinin yarısını əhatə edən böyük sosial paket reallaşdırılıb, insanların məşğulluğu dəstəklənib. Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq ölkə vətəndaşlarının ödənişli ictimai işlərə cəlb olunmasının əhatə dairəsi genişləndirilib. Pandemiya dövründə, həmçinin real sektora müxtəlif dəstək mexanizmləri işə salınıb, güzəştli kreditlər müəyyənləşdirilib, bir sıra qurumlara dövlət büdcəsindən yardımlar ayrılıb. Həmçinin çoxlu sayda mikro və kiçik sahibkar maliyyə dəstəyi ilə təmin olunub. Azərbaycan, həmçinin Cənubi Qafqazda əhalinin COVID-19-a qarşı peyvəndlənməsi prosesinə ilk başlayan ölkə oldu. Hazırda respublika üzrə ölkə vətəndaşlarına peyvənd vurulması prosesi uğurla davam etdirilir.
Ölkəmizdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı azaldıqca hökumət sərt karantin rejiminin müəyyən qədər yumşaldılmasına qərar verdi. Xeyli vaxtdır ki, bir sıra məhdudiyyətlər ya qismən, ya da tam aradan qaldırılıb. Hazırda isə bütün dünyada olduğu kim, respublikamızda da xəstəliyə yoluxanların sayı kəskin artmaqdadır.
Gündəlik yoluxma sayının artması fonunda hamını bir sual düşündürür: yenidən sərt karantin rejimi gözlənilirmi? İnsanların narahatlığı başadüşüləndir. Qapanmalar onların həyatına bir sıra məhdudiyyətlər gətirir. Qapanmaların sosial-iqtisadi sahəyə mənfi təsirləri isə daha böyükdür. Sərt karantin rejiminin aradan qaldırılmasından sonra milli iqtisadiyyatımızda fəallığın artması müşahidə olunur. Ötən il iqtisadiyyatımız üçün bərpa dövrü oldu. Yenidən sərt karantin rejiminə qayıdılması ilə buna mənfi təsir göstərə bilər.
Məsələ ilə əlaqədar fikirlərini “Yeni Azərbaycan”a bildirən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, virusun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. “Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir. Bu baxımdan, sərt karantın tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58

