Ukraynalı aktyorların Bakı sığınacağı
29.03.2022 [10:53]
Azərbaycan onlara ikinci Vətən oldu
Müşfiqə BAYRAMLI
Ukraynalı artistlər Xocalı faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” tamaşanı təqdim etmək məqsədilə Azərbaycana gəlmişdilər. Lakin Ukraynada baş verən müharibə səbəbindən “Qara kvadrat” improvizasiya teatrının yaradıcı kollektivi artıq xeyli müddətdir ki, ölkələrinə qayıda bilmir. Ötən ayın 23-dən etibarən içərisində 3 uşaq olmaqla ümumilikdə, 16 nəfər aktyor və aktrisa Bakıda qalmalı olub.
Qeyd edək ki, onlar Ukrayna Azərbaycanlıları Radasının, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycana gəliblər.
Özləri müharibə qurbanı oldular
Ölkəmizdə təhlükəsiz ərazidə olduqları üçün özlərini şanslı hesab etsələr də, ürəkləri qan ağlayır. Ukraynada gülləbəran altında qalan yaxınları üçün çox narahatdırlar. Onlarla reportaj hazırlamaq və dərdlərinə bir növ, mərhəm ola bilmək üçün yaradıcı heyətlə görüşmək qərarına gəldik. Aktyor Pavlo Kravtsiv ilə əlaqə saxladığımız zamanı telefonun ucundakı səs ürəyimizin sarı siminə toxundu. Bu səs Xudayarın səsi idi. Ölkəsindən didərgin düşmüş bir ukraynalının zənginə Xudayarın təsnifini qoyması isə müharibə acısından, ortaq yaramızdan xəbər verirdi. Redaksiyamıza təşrif buyuran Pavlo ilə həmsöhbət olub yarasına bir növ, su sərpməyə çalışdıq. Bu vəsilədə bizə Kukla Teatrının rejissoru Anar Məmmədov da xüsusi köməklik göstərdi.
Pavlo deyir ki, Bakıya gələndə təsəvvür etməzdik ki, müharibə başlayacaq və biz geriyə qayıda bilməyəcəyik. Onun sözlərinə görə, müharibənin başlandığını eşitdikdən sonra keçirdiyi hissləri sözlərlə ifadə etmək çətindir: “Biz müharibənin başlamasından beş saat öncə Azərbaycana gəlmişik. Bizdən sonra tamaşanın rejissoru və ssenari müəllifi də Bakıya gəlməli idilər. Müharibənin başlaması ilə Ukraynadan bütün uçuşlar dayandırıldı və biz öz vətənimizə dönə bilmədik. Xocalı soyqırımına həsr olunmuş tamaşanın nümayişi üçün Bakıya gəlmişdik. Tamaşa 3 azyaşlı uşağın Xocalı xatirəsindən bəhs edir. Neçə ildir ki, bu tamaşa üzərində hazırlıq işləri aparırdıq. Faciəni daha dərindən hiss etmək və daha da təbii oynamaq üçün haqqında məlumatlar toplayırdıq. Tamaşa günü gəldi çatdı... Həmin an biz faciəni artıq dərindən hiss edirdik. Bizə təxirə salınması ilə bağlı təklif edilsə də, qəbul etmədik. Ölkələrimizin oxşar acısını oynamağı üstün tutduq. Bu acı həm də bizim acımız idi. Bizi izləməyə gələnlər sırasında Xocalı soyqırımının şahidi olan 3 uşaq da vardı. Onlar böyüsələr də, yaraları hələ qaysaq bağlamamışdı. Müharibənin ağrı-acısını onlardan daha aydın kim biləbilərdi ki? Tamaşa anşlaqla keçdi. Sonda hamı bir nəfər kimi “Slava Ukrainı” - deyə qışqırırdı. Əvvəllər də eşitmişdik, amma gözlərimizlə gördük ki, azərbaycanlılar necə qonaqpərvər və yardımsevərdilər. Hər kəs yaxınlaşıb sizə necə kömək edə bilərik deyə soruşurdu. Hamı öz köməyini təklif edirdi. Bu, bizim üçün çox böyük təsəlli oldu. Yaramıza bir növ su səpdi”.
Evlərimiz yerlə-yeksan edilib
Kiyevdən olan qonağımız özü kimi aktrisa olan həyat yoldaşı ilə birlikdə ölkəmizə gəlib. Xarkovda əzizlərinin qaldığını deyən aktyorun sözlərinə görə, Vətənə qayıtsalar da, artıq yaşayacaqları bir evlərinin olmadığını deyir: “Vətənə qayıtsaq da, yaşayacağımız bir evimiz artıq yoxdur. Yerlə-yeksan olunub. Müharibə bitənə qədər başqa ölkəyə getməyi düşünmürük. İlk dəfədir ki, Azərbaycandayıq. Buraya çox öyrəşdik, dilinizi az da olsa, öyrəndik, dostlar qazandıq. Yaxşı ki, başqa ölkədə yox, məhz Azərbaycanda olmuşuq deyə sevinirik. Burada qaldığımız ərəfədə iş tapıb işləməyi və Ukraynadakı yaxınlarımıza pul yardımı göndərməyi planlaşdırırıq. Mən Mədəniyyət və İncəsənət Universitetində seminarlar keçməyi təklif etdim. Hazırda danışıqlar gedir. Ölkəmə qayıdıb müharibədə iştirak etməyi təklif etsəm də, qəbul etmədilər. Bildirdilər ki, bizə xüsusi hərbi bilikləri olan qüvvələr lazımdır, əks təqdirdə, gəlib meşədə gecələməli olacaqsan. Burada onlayn formada insanların təxliyə edilməsi üçün əlimdən gələni edirəm. Mən də öz dəstəyimi belə göstərməyə çalışıram”.
İlk dəfə Novruz bayramını qeyd etdik
“Burada olduğumuz müddətdə ilk dəfə Novruz bayramı haqqında eşitdim. İnsanlar bizi Novruz adət-ənənələri, ləzzətli təamları və şəhərin gəzməli-görməli yerləri ilə tanış etdilər. Azyaşlılarımızdan təkcə İvan burada qaldı. Digərləri öz ailəsi ilə birgə Avropaya getdilər. İvan deyir ki, mən burda yemək yeyirəm, amma başqa uşaqlar Ukraynada acdırlar. Müharibənin tezliklə bitəcəyi və bütün yaxınlarına qovuşacağı anı gözləyir. Ordakılara görə çox narahatdır. Fikir verirəm ki, hər kəs xüsusilə də, uşağın könlünü xoş etməyə, onu əyləndirməyə çalışır. Müharibənin acısını balaca ürəyindən qovması üçün əllərindən gələni edirlər. Bizi burada qarşılayanlar bir dost və ailə kimi bizə münasibət bəsləyirlər. Xüsusilə də, UABD sədri Hikmət Cavadov bizimlədir. Dəstəyini hər zaman hiss edirik”, - deyə ukraynalı qonaq söyləyib.
Xatırladaq ki, qalan 12 nəfər hazırda paytaxda yerləşən otellərdən birində qalır. Onlar yemək və digər zəruri şəraitlə tam təmin olunublar. Bu barədə qəzetimizə açıqlamasında layihənin rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib. Bildirilib ki, onlar bizim qonaqlarımızdır və hər bir problemi ilə yaxından məşğul olunur.
90 gün sonra onların taleyi necə olacaq?
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Ukrayna vətəndaşları 90 gün ərzində Azərbaycanda olduğu yerdə qeydiyyata düşüb qala bilərlər. Əgər 90 gün sonra ölkəni tərk edə bilmirlərsə, o zaman müvəqqəti qalma müddəti səbəb göstərilməklə uzadıla bilər. Onları gətirən qurum Miqrasiya Xidmətinə bu barədə müraciət etməlidir.
Sözügedən məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyinə də sorğu göndərdik. Onların da mövqelərini işıqlandırmağa çalışacağıq.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

