Gülüş günü və ya taleyin ironiyası
01.04.2022 [10:47]
İlhamə
Bir insanı yaxşı tanımaq üçün nəyə güldüyünə və necə güldüyünə diqqət etmək lazımdır. Müdriklər belə deyir. Aprelin 1-də dünya gülür. Gülüş günü qeyd olunur, amma nəyə və nə üçün gülürük?
Bir qrup tarixçi Gülüş gününü XVIII əsrdə Avropa karnavallarında nümayiş etdirilən küçə tamaşaları (balaqan) ilə əlaqələndirir. Hazırda dünya əhalisinin 70 faizi “Gülüş günü”nü qeyd edir.
Bəzi ehtimallara görə, Gülüş günü ənənəsi 1564-cü ildə Fransada yaranıb. Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verdi. Bundan əvvəl Fransada yeni ili 1 apreldə qeyd edirdilər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələdən xəbərdar olanlar isə protest məqsədi ilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər. 1 aprelə “bütün axmaqların günü” adını verdilər.
Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar. Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək gülüş günü kimi davam etdirdilər.
Qədim Romada 17 fevralda “Avamlar bayramı”, Hindistanda martın 31-də “Gülüş bayramı” keçirilirdi.
Bəs bu gün nə üçün hər kəs bir-birini aldatmağa çalışır. Axı gülüş yalan demək deyil, acı yalan nə üçün gülüşlə qarşılansın ki? Əslində bu günün arxasında qanlı bir tarixi fakt da gizlənir.
XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, - deyir.
Müsəlmanlar qalanı xristianlara təslim edirlər. Aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Müsəlmanlara “mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil”, - deyir və hamını edam etdirir. O gündən bəri aprelin 1-i xristianlar arasında “Hiylə” günü kimi qeyd olunur.
Əslində 1 aprel dünya üçün çox önəmli hadisələrlə zəngindir.
1778-ci il aprelin 1-də Yeni Orleanlı iş adamı Oliver Pollok dolların rəsmi simvolunu ($) dünyaya tanıtdı. Hər halda, əlində çoxlu dollar olanların üzü gülür. Həm də yalnız 1 apreldə yox.
1924-cü il aprelin 1-də hökm çıxarıldıqdan sonra faşist Almaniyasının gələcək füreri Hitler Landsberq həbsxanasında “Mayn Kampf” kitabını yazdı. Dünyanın bir çox ölkələrində bu əsər qadağan edilib. Kitabdan sitatlarla açıq şəkildə zarafat etmək cinayət sayılır. Hətta aprelin birində də.
1979-cu il aprelin 1-də Ayətullah Xomeyni İranı İslam Respublikası elan etdi.
1938-ci il aprelin 1-də İsveçrədə xalq üçün tiryək sayılan üyüdülmüş, toz şəklində qəhvə xalqla tanışlığa çıxarıldı. “Nescafe” qəhvə brendi bu ölkədə və nədənsə aprelin gülüş günündə satışa çıxarılıb. Bundan sonra kofe maniyası bütün dünyaya yayıldı.
1 aprel 1976-cı ildə Steve Vozniyak, Ronald Vayn və Stiv Jobs “Apple” şirkətini yaratdılar. Qırx il sonra şirkətin xalis mənfəəti 60 milyard dollar? ötdü. Şirkətə alma adını vermək də zarafatla başladı. Jobs bu şirkətin adının əlifba sırasında birinci yerdə yazılmasını istədiyi üçün alma sözünü seçmişdi. Hazırda axtarış sistemlərində alma ən çox axtarılan sözdür.
1808-ci ilin 1 aprelində İmperator I Aleksandr Finlandiyanın Rusiyaya “əbədi” qoşulduğunu elan edib.
2019-cu ilin 1 aprelində Ukrayna Mərkəzi Seçki Komissiyası gülüş ustası kimi tanınmış Volodimir Zelenskinin qalib gəldiyini elan elədi. Bu gülüş gününün dünya siyasətinə ən böyük sürprizi oldu. Taleyin ironiyası, yoxsa...?
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

