Ruhun hansı fəsildir?
02.04.2022 [11:16]
MÜŞFİQƏ
Çöldə hava necə olursa olsun bəzi insanlar üçün eyni mövsümdür. Çöldə günəş çıxsın, ya qar yağsın, onlara fərq etmir. Bu insanlar cəmiyyət içində daha susqun və özünəqapanıq olurlar. Daxilində fırtınalar qopur, soyuqla qarışıq yorucu fikirlər iliklərinə işləyir. Sonra gözlənilməz bir anda üzərinə düşən bir damla ilə birlikdə ürəklərinə su sərpilmiş olur, özlərini günəşin şəfəqlərinə buraxır, istisi ilə ovunurlar. Yəni, dörd mövsümü bir arada yaşayırlar...
Bəxtiyar Vahabzadənin də dediyi kimi bir ürəkdə dörd fəsli birdən yaşamaq mümkündür:
Dörd fəsil yaşayır bir ildə torpaq
Qış, qış kimi gəlir, bahar bahartək.
Bir saat içində bəs nədən ancaq
Dörd fəsil yaşayır bəzən bir ürək?
Vivaldinin 4 mövsümü
Belə bir məşhur deyim var ki, ruhunuzun fəslini tapmaq istəyirsinizsə, Vivaldini dinləyin. Onun əsərlərini dinləmək ilin dörd fəslini dinləmək kimidir. 300 ildir ki, ruhumuza xitab edən “Dörd mövsüm”nü nəinki konsert salonlarında, eləcə də filmlərdə, televiziya reklamlarında, toyların keçirildiyi məkanlarda tez-tez eşidirik. Venetsiyadan dünyaya səs salmış bu klassik əsərdən əbəs yerə söz açmadıq. Vivaldinin şah əsəri ilə insan ruhunu incə tellər bağlayır. Burada Yaz və Payız sinfoniyaları təbiət hadisələri, Yay və Qış sinfoniyaları isə insanlarda yaratdığı ümidsizlik və narahatlıq duyğuları təsvir edilir. Dinlədikcə yazın ilıq nəfəsini, baharın gəlişini, quşların cəh-cəhini, axar suların şırıltısını, qışın isə dondurucu soyuğunu musiqidə aydın duymaq olur. Bəstənin hər bir notunda düşüncələr çırpınır. Onun sehrinə qapılıb öz ruhuna yaxın fəslinin axtarışına çıxırsan. Bəs, siz Vivaldinin hansı fəslisiniz?
Mövsümlər və ruh halımız
Hava psixologiyamıza müxtəlif formalarda təsir edir. Bu vəziyyətin səbəbi isə tam olaraq açıqlanmayıb. Fransız psixoloqu Nikolas Quequenə görə, insan günəşli günlərdə 22%, tutqun havalarda isə cəmi 14% faydalı iş ərsəyə gətirir. Psixoloq Aygün Əliyeva da həmkarı ilə eyni fikirdədir. O, deyir ki, mövsüm? depressiya dediyimiz hallara daha çox yaz və payız aylarında rast gəlirik. İnsanlar bu aylarda daha həssas olurlar. Hava qaralan kimi özlərini pis hiss edirlər və tək qalmağa üstünlük verirlər. Psixoloq bu vəziyyətin müvəqqəti olduğunu vurğulayır: “2-3 həftə boyunca səhər yuxudan yorğun oyanmaq, pessimizmə qapılmaq, heç nədən zövq ala bilməmək, iştah pozğunluqları, həddindən artıq durğunluq, istəksizlik, diqqəti toplaya bilməmək və gərginlik mövsümi depressiyanın əsas əlamətləridir. Bu ərəfədə aktivliyi artırmaq, açıq havada gəzmək, doğmalarla daha çox vaxt keçirmək məsləhət görülür. Əgər bu, davamlı olarsa, mütləq prof?laktik tədbirlər görülməli və psixoloq dəstəyi alınmalıdır”.
“Mart çıxdı, dərd çıxdı”
“Mart gəldi, dərd gəldi. Mart çıxdı, dərd çıxdı” məsəli günümüzdə tez-tez işlədilir. Əslində bayramlar ayı olan marta qarşı niyə bu münasibət yaranıb? Təbii ki, əsas səbəb mart ayında hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlıdır. Hava tez-tez küləkli, dəyişkən, buludlu və tutqun olduğu üçün insan psixologiyasına da mənfi təsir edir. Yaz fəslinin gəlişi isə insanlarda bayram əhvalı, xoş ovqat yaradır.
Bir sözlə, havanın necə olmasından asılı olmayaraq, havanız (əhvalınız) xoş olsun.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

