Tibbi maska tələbi ləğv edilir?
07.04.2022 [10:33]
MÜŞFİQƏ
Dünyanın bir çox ölkələrində koronavirus məhdudiyyətlərinin sona çatması ilə məktəblərdə, bazarlarda, ticarət mərkəzlərində və idman zallarında qoruyucu maskalardan istifadə tələbi ləğv olunub.
Məsələn, aprelin 1-dən İtaliyada COVID-19-la bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, həmin ölkələrdə obyektlərə daxil olmaq üçün COVID sertifikatına ehtiyac yoxdur. Bununla belə, tibbi maska taxmaq öhdəliyi bütün qapalı məkanlarda aprelin 30-dək qüvvədə qalır. Mayın 1-dən isə bütün sahələrdə COVID sertifikatı tələbi ləğv olunacaq.
Fransada isə martın 14-dən bütün qapalı məkanlarda tibbi maskadan istifadə etmək məcburiyyəti ləğv olunub. İnsanlara kinoteatrlara, restoranlara, muzeylərə daxil olanda peyvənd pasportu ilə bağlı QR kodu göstərmək də lazım gəlməyəcək.
Eləcə də Moskvada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş qoruyucu maskalardan istifadə edilmir. Rusiya paytaxtının meri Sergey Sobyanin bəyan edib ki, şəhərdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar martın 15-dən qoruyucu maska taxmaqla bağlı tələb aradan qaldırılıb.
Azərbaycan bu barədə hansı addımları atacaq?
Bir sözlə, dünya koronavirusa görə məhdudiyyətləri aradan qaldırıb. Azərbaycanda da karantin qaydalarının yumşalması ilə bağlı bir müddət öncə qərar verildi, amma bəzi məhdudiyyətlər istisna olmaqla. Baş nazir Əli Əsədovun müvafiq qərarına əsasən, qapalı məkanlara girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə tibbi maskadan istifadə və digər məhdudiyyətlər qüvvədədir.
ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, tibbi maskadan istifadə və digər məhdudiyyətlərlə bağlı qərarlar epidemioloji vəziyyət nəzərə alınaraq verilir. Onun sözlərinə görə, Azərbaycanda maskadan istifadə ilə bağlı hər hansı qərarın qəbulu qarşıdakı müddətdə yoluxma hallarının sayından asılı olaraq veriləcək.
Hazırda statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sürətlə azalıb. Son sutkada ölkəmizdə COVID-19 infeksiyasına 38 nəfər yoluxub. Bəs, gündəlik yoluxma sayının azlığı qapalı məkanlarda tibbi maskalardan istifadənin ləğvi üçün səbəb ola bilərmi?Azərbaycanda qapalı havada tibbi maskadan istifadənin ləğvi ilə bağlı qərar yaxın vaxtlarda elan oluna bilər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, bəzi inzibati qaydalar Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Odur ki, tibbi maska tələbinin ləğvi məsələsində də hökumətin qərarı olmalıdır. Onun sözlərinə görə, qərar qəbul olunanda bu barədə ictimaiyyətə məlumat veriləcək.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən deputat Musa Quliyev deyir ki, dünyada gedən prosesləri nəzərə alaraq Operativ Qərargah tərəfindən analoji addımlar bizim ölkədə də atıla bilər: “Ölkəmizdə vaksinasiya etdirənlərin sayının kifayət qədər yüksək olması və yoluxma sayının azalması yəqin ki, bir həftə ərzində Operativ Qərargahın tövsiyələri ola bilər. Buna baxmayaraq, bir həkim kimi mövqeyim odur ki, sonuncu yoluxma sayına qədər tibbi maska rejiminə əməl edilməlidir”.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

