/ / Azərbaycanın uğurlarının davamlı olmasını istəyən hər bir bərdəlinin dilindən yalnız bir şüar səslənir-Daha böyük qələbələr naminə İLHAMLI GƏLƏCƏYƏ DOĞRU!
Azərbaycanın uğurlarının davamlı olmasını istəyən hər bir bərdəlinin dilindən yalnız bir şüar səslənir-Daha böyük qələbələr naminə İLHAMLI GƏLƏCƏYƏ DOĞRU!
30.09.2013 [09:48]
YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunda möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən minlərlə rayon sakinlərinin iştirakı ilə möhtəşəm mitinq-konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya “ölkəmiz daha bir siyasi proses-növbəti prezident seçkiləri ərəfəsindədir. Və ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də partiyamızın namizədi cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir” deyib.
Rayon təşkilatının sədri bildirib ki, bu qələbəni şərtləndirən başlıca amil Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət və əldə edilən uğurlardır: “Bütün dünyanın iqtisadi böhrandan əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Həyata keçirilən siyasətin uğurlu nəticələrini biz bərdəlilər də öz həyatımızda hiss edirik”.
Fəqət Şadlinskaya onu da əlavə edib ki, Azərbaycan vətəndaşları, o cümlədən, bərdəlilər Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər: “Bu gün Azərbaycanın uğurlarının davamlı olmasını istəyən hər bir bərdəlinin dilindən yalnız bir şüar səslənir- Daha böyük qələbələr naminə İLHAMLI GƏLƏCƏYƏ DOĞRU!!!”.
Seçicilər qarşısında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib ki, son 10 ildə ölkəmizdəki tarixdə görünməmüş möhtəşəm quruculuq işləri, əldə olunmuş nailiyyətlər mütləq bir həqiqəti ortaya qoyur: Prezident İlham Əliyev Ümummilli liderimizin siyasi xəttinin ən layiqli davamçısıdır, onu həyata keçirməkdə şəriksiz və yeganə şəxsiyyətdir: “İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 10 il ərzində istər iqtisadi, istər sosial sahədə, istərsə də daxili və xarici siyasət sahəsində misli görünməmiş uğurlara imza atılıb. Bu illər ərzində ümumi daxili məhsul 3 dəfə artıb, iqtisadiyyatın bütün sahələrində surətli inkişafa nail olunub, tikinti sektorunda artım tempi dörd dəfəyə yaxınlaşır, daxili və xarici investisiyalar artıb, dövlət büdcəsi 25 milyard manata çatıb, yoxsulluğun səviyyəsi kəskin azalıb, işsizlik 6 faizə enib, nəhəng sosial-iqtisadi layihələr həyata keçirilib, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Şəhərlərimizin və kəndlərimizin siması dəyişib, minlərlə yeni emal müəssisələri, xəstəxanalar, müalicə mərkəzləri, məktəblər, uşaq evləri və bağçalar, mədəniyyət obyektləri tikilib, xalqın istifadəsinə verilib. Cəsarətlə deyə bilərik ki, bütün bunlar İlham Əliyevi Azərbaycan tarixinə böyük qurucu lider kimi daxil edib”.
Görüşdə çıxış edən millət vəkili Səttar Mehbalıyev deyib ki, Prezident İlham Əliyev dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə ilk növbədə, cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində öz əksini tapmasıdır: “Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub”.
Görüşdə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirliyi Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən siyasi kurs, torpaqlarımızın sülh yolu ilə geri qaytarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən tədbirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çox yaxın zamanda ədalətli həllinə olan nikbin baxışları və ümidləri daha da artırıb. Natiq, eyni zamanda, Azərbaycanın gələcək inkişafı naminə seçiciləri İlham Əliyevə səs verməyə çağırıb.
Sonda respublikamızın tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27

