YAP Xətai rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
12.02.2016 [09:59]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək 13 fevral 1993-cü ildə “Bakı” kinoteatrında bu təşkilatın təsis konfransının keçirildiyini xatırladıb. O, bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib: “Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi təşkilat yoxdur. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir”.
Təşkilat sədri qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizdə sosial-iqtisadi inkişaf, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirib. Onun sözlərinə görə, Azərbaycan xalqı, o cümlədən partiyamızın üzvləri bu siyasəti yüksək qiymətləndirməklə yanaşı, öz məsuliyyətlərini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsinə öz töhfəsini verməyə çalışırlar. H.Mirələmov qeyd edib ki, YAP Xətai rayon təşkilatı partiyanın proqram vəzifələrinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edir. Yarandığı vaxtdan təşkilat kəmiyyət və keyfiyyət baxımından uğurlara nail olub və bu gün üzvlərinin sayı 17 min nəfərdən çoxdur. Onun sözlərinə görə, təşkilat üzvləri daim ictimai-siyasi proseslərdə böyük fəallıq göstərirlər.
Tədbirdə “Bakı” kinoteatrının direktoru İslam Babayev, təşkilatın fəalı Turan Əliyev və YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli çıxış edərək rayon təşkilatının keçdiyi yol haqqında fikirlərini bildiriblər.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edib, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. V.Rəhimzadə qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır: “Bu gün öz sıralarında 700 minə yaxın üzvü birləşdirən YAP Ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni uğurlar qazanmaqdadır. Məhz bu uğurların nəticəsidir ki, YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir, partiyamız dünyanın nüfuzlu siyasi təşkilatları ilə fəal əməkdaşlıq edir”.
YAP Xətai rayon təşkilatının partiyanın ən böyük, nümunəvi yerli strukturlarından biri olduğunu deyən V.Rəhimzadə təşkilatın üzvlərinin ictimai-siyasi proseslərdə, eləcə də Xətai rayonunda həyata keçirilən quruculuq işlərində fəal iştirak etdiklərini vurğulayıb.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək təşkilatın yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. YAP Xətai rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirən R.Məmmədov həmçinin rayonda həyata keçirilən geniş abadlıq-quculuq işləri haqqında da fikirlərini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

