“Təhsil haqqında” qanuna dəyişiklik edilib
24.04.2024 [13:18]
Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın IV bölməsinin 1-ci hissəsinin “Tədbirin adı” sütununda “istehsalat təcrübəsi” sözləri “ixtisas üzrə təcrübə” sözləri ilə əvəz edilsin.
2. “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 84 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın;
2.2. 1-ci hissədən “və 2015/2016-cı tədris ilindən başlayaraq magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın;
2.3. 3-cü hissədən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın;
2.4. 4-cü hissə üzrə:
2.4.1. 4.1-ci bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın;
2.4.2. 4.2-ci bənddən “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə” sözləri çıxarılsın;
2.4.3. 4.4-cü bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” və “, magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585 (Cild I) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.19.1-ci yarımbənddə “istehsalat təcrübəsi” sözləri “ixtisas üzrə təcrübə” sözləri ilə əvəz edilsin;
3.2. 4.19.2-ci yarımbənddə “istehsalat” sözü “ixtisas üzrə” sözləri ilə əvəz edilsin;
3.3. 4.20-ci bənddə “istehsalat təcrübəsi müdiri” sözləri “ixtisas üzrə təcrübə rəhbəri” sözləri ilə əvəz edilsin;
3.4. 4.23.5-ci yarımbənddə “istehsalat” sözü “səhnə və ixtisas üzrə” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1-ci hissədən “, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə” sözləri çıxarılsın;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.2-ci yarımbəndindən “, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə” sözləri çıxarılsın.
5. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 821 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. adından “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın;
5.2. 1-ci hissədən “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə” sözləri çıxarılsın.
6. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. adından, preambuladan, 1-ci, 2-ci və 4-cü hissələrdən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın;
6.2. 1.2-ci bəndin birinci abzasından “və Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın.
7. “Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1155 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 876 (Cild I) 1-ci hissəsindən “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın.
8. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 yanvar tarixli 3718 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 111 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. adından (birinci halda) və 1-ci hissədən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın;
8.2. 1.2-ci bəndin birinci abzasından “və Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

