Ölü siçan, hörümçək...
14.12.2022 [10:57]
Fransa səfirliyinə göndərilən qutunun “qara müəmması”
Fransanın Moskvadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib. Bu barədə Rusiya KİV-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib. Hazırda Rusiya polisi hadisəni araşdırır. Mənbə hadisənin ötən həftə baş verdiyini bildirib. Fransa səfirliyi Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib. Bağlama Notarianni adlı şəxsin adından göndərilib.
Bağlama skaner vasitəsilə yoxlanılan zaman məlum olub ki, içərisində sümük və tükə oxşayan əşyalar olub. Yük təcili olaraq diplomatik şöbədən çıxarılıb, bundan sonra hadisə yerinə polis çağırılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bağlamanı açıb və içərisində iki şüşə qab aşkar ediblər. Birində ölü siçan, digərində isə ölü hörümçək var idi. Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.
Maraqlıdır ki, 2022-ci ilin iyununda Fransanın Moskvadakı səfirliyi mərhum italyan prodüseri Pietro Notarianni adından göndərilən qəribə paket almışdı. Qutunun içində sümüklər, ayaqqabı örtükləri və fransızca məktub var idi.
Təbii ki, göndərilən “məktublar” mütləq şəkildə rəmzi xarakter daşıyır və özündə hansısa xəbərdarlıqları simvolizə etməkdədir. Qeyd edək ki, hörümçəklə bağlı istər tarixdə, istərsə də müasir dövrdə simvollar çox olsa da (internet şəbəkəsinə də hörümçək toru deyirlər), ölü siçan rəmzi o qədər də populyar deyil. Məsələn, apardığımız kiçik araşdırmaya görə, hörümçəyin simvolizmi onu göstərir ki, öz taleyinizi özünüz toxumalı və açılan imkanlardan xəbərdar olmalısınız. Seçimlər həyatınızı müəyyən edir. Hörümçək simvoluna görə, həyatın hansı mərhələsində olmağınızdan asılı olmayaraq, öz problemlərinizlə üzləşməlisiniz.
Hörümçək fiquru şəxsiyyətin sirrini və ən qaranlıq tərəfini təcəssüm etdirir, eyni zamanda insanları mürəkkəb, incə və gözəl şeylər yaratmağa sövq edən bir yaradılıcıqdır. Hörümçəyin başqa bir simvolu isə səbirdir. “Araxnid” ovunu tutmaq üçün doğru anı səbirlə gözlədiyi kimi, xəyalları gerçəkləşdirmək üçün də səbirli olmaq gərəkir.
Bir hörümçək yumşaqlıq və gücün birləşməsidir. Bu keyfiyyətlərin böyük bir tandemidir, çünki çox yumşaq və ya çox sərt olunsa, həyatda nə isə əldə etmək çətin olar: ikisi arasında tarazlıq tapılmalıdır. Hörümçək, eyni zamanda dəyişiklik xəbərçisidir. Hörümçək simvolizmi nəticədə öz ağınızı toxuyan simvolizmdir. Demək ki, hörümçək, həm də etdiyin əmələ görə yalnız sənin məsuliyyət daşıdığını xatırladır.
Tanınmış astroloq Firudin Qurbansoyun fikrincə, Fransanın Moskvadakı səfirliyinə göndərilən əşyalar rəmzi xarakter daşıyır. Onun sözlərinə görə, hörümçək tor qurmağı özündə əks etdirən bir rəmzdir. “Hörümçək daha çox kimisə məhv etmək rəmzidir. Hörümçəyin məqsədi tor qurmaqla uçan və ya yeriyən həşəratları tora salmaq, ələ keçirmək və iflic etməkdir. Necə ki, tülkü bicliyin rəmzidir, hörümçək də ələ keçirməyin, bədbəxtliyin rəmzidir. Ölü siçana gəldikdə isə, siçanlar, adətən, dəlməyi xoşlayırlar. Eyni zamanda, qızıl olan yerdə çox olurlar. Onu ölü göndərmək isə göndərilənin əmlakını əldə etməyin rəmzini daşıya bilər”.
F.Qurbansoy bildirib ki, tarixdə bu cür qeyri-ənənəvi, rəmzi məktublaşmalara çox rast gəlinir. Hətta Afrika ölkələrində bu kimi hallara daha çox təsadüf olunur. “Məsələn indinin özündə də, sülh göyərçinini qəfəsə qoyub kiməsə göndərirlərsə, bu, o deməkdir ki, həmin şəxsin azadlığı arzuolunan deyil. Bu kimi rəmzi məktublaşmalar mövcuddur”, - deyə o, əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

