Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda bərbərxanada 28 yaşlı gənc qətlə yetirilib

Bakıda bərbərxanada 28 yaşlı gənc qətlə yetirilib

16.12.2022 [14:01]

Bakıda bərbərxanada 28 yaşlı gənc qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 13 radələrində Nəsimi rayonunda bıçaqlama hadisəsi ilə bağlı polisə məlumat daxil olub.

Belə ki, rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü İlkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsərətləri yetirməklə onu qətlə yetirib.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31