Xocalı faciəsi qurbanlarının xatirəsi Sloveniyada yad edilib
23.02.2023 [13:25]
Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarının xatirəsinə ucaldılmış Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımının 31-ci ildönümünü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin deputatı, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, səfirliyin nümayəndə heyəti, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının, Avropanın Mühüm Məzarlıqlar Assosiasiyasının və yerli ictimaiyyətin nümayəndələri Dobrava Memorial Park Kompleksində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1992-ci ildə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımının qurbanlarına həsr olunmuş xatirə lövhəsi önünə əklillər qoyublar.
Mərasimdə səfir Rövşən Sadıqbəyli, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının sədri Andrey Kompara, təşkilatın idarə heyətinin üzvü Rudi Matyaşiç və sədri müşaviri Boris Şavle çıxış ediblər.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən qanlı səhifəsi olan Xocalı soyqırımından danışan səfir Rövşən Sadıqbəyli bildirib ki, erməni təcavüzünün ən amansız nümunəsi olan bu faciə mülki əhaliyə qarşı törədilmiş yeganə cinayət hadisəsi deyil. Belə ki, Azərbaycanın bir çox başqa şəhər, qəsəbə və kəndlərində dinc sakinlər münaqişə dövründə oxşar vəhşiliklərə məruz qalıblar.
Təəssüf hissi ilə qeyd edilib ki, bəzi silahlı münaqişələrdə, o cümlədən Xocalı faciəsində törədilmiş ən ağır cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi diqqət yetirilməyib və insanlığa qarşı törədilmiş bu cinayət cəzasız qalmaqdadır. Nəticə etibarı ilə günahkarların cinayət məsuliyyətinə cəlb olunmaması təkcə beynəlxalq hüquqa və insan hüquqları ilə ziddiyyət təşkil etmir, həm də davamlı sülh və həqiqi barışıq üçün birbaşa maneədir. Gələcəkdə belə pozuntuların baş verməməsi üçün hərbi cinayətlərə görə məsuliyyətin təmin edilməsi vacibdir.
Xəbər lenti
Hamısına baxAnalitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29

