Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və TÜRKPA anlaşma memorandumu imzalayıblar
23.02.2023 [16:21]
Milli Məclisin sədri Sahibə Qafarova fevralın 23-də TÜRKPA-nın Baş katibi Süreyya Er ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sahibə Qafarova Milli Məclisin TÜRKPA yarandığı dövrdən bu təşkilatla əməkdaşlığa önəm verdiyini, təşkilatın fəaliyyətinə diqqət və qayğı göstərdiyini deyib. Diqqətə çatdırılıb ki, TÜRKPA-nın fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Vurğulanıb ki, Milli Məclis TÜRKPA-ya üzv olan ölkələrin qanunverici orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir və ötən dövrdə təşkilata üzv parlamentlər arasında əməkdaşlıq daha da inkişaf edib.
Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə danışıb. Deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə artır. Parlament Şəbəkəsi üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsinə imkan verən yaxşı platformadır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi beynəlxalq parlament təşkilatları ilə də əməkdaşlığı genişləndirir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentində müşahidəçi statusuna malikdir.
Göstərilən yüksək diqqətə və təşkilata verilən dəstəyə görə minnətdarlığını bildirən TÜRKPA-nın Baş katibi Süreyya Er Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib. O, həmçinin TÜRKPA-nın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa da böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova ilə TÜRKPA-nın Baş katibi Süreyya Er imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33

