Bir ayda 5.3 milyard dollar...
08.08.2023 [11:30]
Ukrayna yardımların artırılmasını istəyir
GÜLAY
Rusiya ilə müharibənin davam etdiyi bir şəraitdə Ukrayanaya xaricdən humanitar və hərbi dəstək davam edir. Kiyev təkcə iyul ayında Qərb tərəfdaşlarından qrant və kreditlər şəklində büdcəyə 5,3 milyard dollar cəlb edib. Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Kiyev Qərb tərəfdaşlarından külli miqdarda maliyyə yardımı alıb. Statistika belədir: Avropa İttifaqından 1,67 milyard dollar, Yaponiyadan 1,5 milyard dollar, ABŞ-dan 1,25 milyard dollar, Beynəlxalq Valyuta Fondundan isə təxminən 890 milyon dollar.
Ukraynaya Qərb dövlətləri tərəfindən göstərilən maliyyə və hərbi yardımlar Rusiya ilə vəziyyətin gərginləşməsi ilə əlaqədar başlanılıb və davam etməkdədir. Burada Avropanın hansı çıxarları var? Bu maddi yardımlar münaqişədə tərəflər nisbətinin dəyişməsinə təsir göstərirmi? Qeyd edək ki, Qərb dövlətlərindən Ukrayna büdcəsinə bu ilin yeddi ayında, ümumilikdə, 28 milyard dollar daxil olub. Maliyyə Nazirliyinin məlumatına əsasən Ukraynanın 2023-cü il dövlət büdcəsində 38 milyard dollar kəsir nəzərdə tutulub. BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun keçirdiyi brifinqdə bu il Ukrayna üçün 3,9 milyard dollar məbləğində humanitar planın cəmi 30 faizinin maliyyələşdirildiyini açıqlayıb: “Əhalinin yardıma ehtiyacı artır ki, azalmır. Humanitar yardım planı cəmi 30 faiz maliyyələşdirilib. Ukraynada soyuqlar tez düşür. Biz artıq qış haqqında düşünməliyik”.
Prezident Volodimir Zelenski isə Qərbi Ukraynanın builki büdcəsinin kəsirini tam bağlamağa çağırıb. Mövcud ehtiyacların təhlili əsasında hazırlanan humanitar plan bütün humanitar ehtiyacları təmin etmək üçün 3,9 milyard dollar tələb edir. Dağıdılan Kaxovskaya su elektrik bəndinin yenidənqurulması isə bu vəsaitə daxil deyil. Çünki onun bərpası daha çox vəsait tələb edir. Qeyd edildiyi kimi, bu il ərzində edilən yardımlara nəzər salsaq, 2023-cü ilin əvvəlindən Ukraynanın beynəlxalq tərəfdaşlardan 28 milyard dollar maliyyə yardımı aldığı faktlar arasında yer alır. Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasanın sözlərinə görə, 2023-cü ilin ilk altı ayında xarici resurslar dövlət büdcəsinin ümumi fonduna daxil olan bütün gəlirlərin 49,1 faizini təşkil edib.
Ukraynaya yardımı ən pik həddə çatdıran Avropa İttifaqıdır və bu il artıq Kiyevə 11,43 milyard dollar güzəştli kredit ayırıb. 2023-cü ilin əvvəlindən Ukrayna büdcəsinə Beynəlxalq Valyuta Fondundan 3,59 milyard dollar, Kanadadan isə 1,76 milyard dollar daxil olub. Ali Radanın Maliyyə Komitəsinin məlumatına görə, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması nəzərdə tutulub ki, bu da növbəti il üçün ÜDM-in proqnozlaşdırılan səviyyəsinin 102,3 faizini təşkil edir.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58

