Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Daha 50 kənd və yaşayış məntəqəsi qazlaşdırılacaq

Daha 50 kənd və yaşayış məntəqəsi qazlaşdırılacaq

11.08.2023 [14:09]

Azərbaycanda bu ilin sonunadək daha 50 kənd və yaşayış məntəqəsinin qazlaşdırılmasına başlanılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov avqustun 11-də keçirilən “Açıq qapı” aksiyasında bildirib.

T.Cəfərov deyib ki, cari il yanvar-iyul aylarında ölkədə artıq 90-dək yaşayış məntəqəsi və yeni yaşayış məntəqələrində paylayıcı küçə xətlərinin və daşıyıcı qaz xətlərinin çəkilməsi işləri davam etdirilib.

T.Cəfərov qeyd edib ki, hazırda ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,3 faiz təşkil edir: “Bu, kifayət qədər yüksək göstəricidir. Amma buna baxmayaraq növbəti illərdə də qazlaşdırılma işləri davam etdiriləcək. Ümumilikdə, 2023-cü ildə 140 yaşayış sahəsinin qazlaşdırılması həyata keçiriləcək”, - deyə “Azəriqaz” İB-nin rəsmisi əlavə edib.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31