Yeni qlobal çağırışlara adekvatlığın təmin edilməsi
23.08.2023 [12:08]
Mübariz ABDULLAYEV
Hazırda dünyada dördüncü sənaye inqilabının sərhədlərinin genişlənməsinin nəticəsi olaraq ölkələr arasında əlaqələr, xüsusilə də iqtisadi inteqrasiya dərinləşir. Əgər bir vaxtlar beynəlxalq iqtisadi əlaqələr müəyyən mənada məhdud səciyyə daşıyırdısa, yeni qlobal reallıqlar artıq belə məhdudiyyətləri, necə deyərlər, inkar edir. Bu, qlobal iqtisadi inkişafa təkan verən müsbət proses olmaqla bərabər, həm də qarşıya yeni çağırışlar çıxarır. O cümlədən hər bir ölkənin vergi sistemi də bu çağırışlara adekvatlıq təşkil etməlidir. Uğurlu siyasət sayəsində qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycanın vergi sistemində də bu istiqamətdə zəruri tədbirlər görülür. 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin yeni strukturu təsdiq edilib. Baş idarənin tərkibində 4 şöbə fəaliyyət göstərir: Beynəlxalq əlaqələr şöbəsi, Beynəlxalq vergitutma şöbəsi, Beynəlxalq məlumat mübadiləsi və vergi monitorinqi şöbəsi və Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsi. Baş idarənin əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq təşkilatlar və xarici vergi administrasiyaları ilə vergi sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsidir. Hazırda Azərbaycanın Dövlət Vergi Xidməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), Fiskal Sənədləşmə üzrə Beynəlxalq Büro (İBFD), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla vergi sahəsində sıx əməkdaşlıq edir.
Strukturun optimallaşdırılması ilə paralel şəkildə, qanunvericilik bazasının da beynəlxalq standartlara uyğunlaşdırlması zəruridir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun imzaladığı bəhs olunan qərar məhz bu məqsədə xidmət edir. Bu qərar Azərbaycanla digər ölkələrin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində səmərəli əməkdaşlıq qurulmasına, effektiv məlumat mübadiləsinin təmin olunmasına və vergi borclarının yığılmasında qarşılıqlı yardımın həyata keçirilməsinə imkan verəcək. Qeyd edək ki, hazırda beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Bu Konvensiya çərçivəsində ölkəmiz 130-dan çox ölkə ilə müvafiq məlumatların mübadiləsini həyata keçirir və nəticədə geniş miqyaslı vergi məlumatlarına çıxış əldə edir. Respublikamız, həmçinin 2017-ci ildə bəhs olunan Konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə isə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. Həmçinin 2015-ci ildə Azərbaycan Respublikası ilə ABŞ hökuməti arasında Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş imzalanıb.
Respublikamız sıx qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin olduğu Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrlə də sıx məlumat mübadiləsi aparır. 2018-ci il noyabrın 2-də Qazaxıstan Respublikasında keçirilmiş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”u imzalanıb. Bundan başqa, 2013-cü ildə Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulub. Bu qurumun əsas istiqamətlərdən biri müvafiq ölkələr tərəfindən məlumat mübadiləsinin beynəlxalq standartlara uyğun olub-olmamasının qiymətləndirilməsi və həmin standartlara uyğunluğunun təmin olunmasından ibarətdir. İqtisadiyyat nazirinin imzaladığı qərarla ölkəmizin xarici dövlətlərlə vergi məsələləri üzrə əməkdaşlığı yeni səviyyəyə yüksələcək. Bəhs olunan sənəd Azərbaycanın vergi sisteminin beynəlxalq standartlara daha da yaxınlaşmasını təmin edəcək.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

