“Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfrans keçirilib
28.08.2023 [13:57]
MÜŞFİQƏ
Avqustun 28-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Beynəlxalq konfransda “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov açılış nitqi ilə çıxış edib: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu Sərəncama uyğun olaraq Azərbaycanda və dünyanın müxtəlif ölkələrində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müxtəlif səpkili və məzmunlu tədbirlər keçirilməkdədir. Bugünkü beynəlxalq konfrans da “İMZA”nın təşkilatçılığı ilə elə məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətə, onun keçdiyi böyük yola həsr olunmuş tədbirlərdən biridir”.
Daha sonra tədbir İctimai Birliyin beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə davam edib.
“Ulu Öndər Heydər Əliyev Türk dünyasının dahi övladlarındandır, Azərbaycanın qurucusu, lideridir. O, eyni zamanda, bütün Türk dünyasının da lideridir. Heydər Əliyev müasir Azərbaycanın qurulmasında böyük rol oynayıb. Biz Ulu Öndərin xatirəsini hər zaman yad edirik. Onun iki arzusu var idi. Birincisi, Qarabağın azad olması, ikincisi isə Türk Dövlətləri Təşkilatının qurulması idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağımızı azad etdi, atasının vəsiyyətini yerinə yetirdi. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı quruldu. Təşkilatın təməli 2009-cu ildə Naxçıvanda atıldı. Türk Dövlətləri Təşkilatı daxilində Azərbaycanın və Türkiyənin rolu çox böyükdür”.
Bu fikirləri Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.
Öz növbəsində, Tarix elmləri doktoru, millət vəkili Anar İsgəndərov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda məruzə ilə çıxış edib.
Tədbir Milli Məclisin deputatları, müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri, politoloqlar, siyasi ekspertlərlə yanaşı, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyə, Pakistan, ABŞ, Rusiya, Gürcüstan, Fransa, Almaniya, İtaliya, İsraildən vaxtilə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanda çalışmış səfirlər, onunla bilavasitə təmasda olmuş siyasi xadimlər və ekspertlərin çıxışları ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

