Miqrant böhranı ilə üz-üzə...
09.09.2023 [12:18]
Nyu-Yorka hər ay 10 min miqrant gəlir
Günel ABBAS
İnsanların böyük əksəriyyəti iş, təhsil səbəbindən ölkəsini tərk edir. Onların bir qismi münaqişələr, təqiblər, təbii fəlakətlər, bir qismi isə müxtəlif faciəli hadisələr səbəbindən evlərini, ölkələrini tərk etmək məcburiyyətində qalırlar.
İmmiqrantlar daha çox Avropa (87 milyon) və Asiyada (86 milyon) yaşayır. Bu iki regionda dünya mühacirlərinin 61 faizi məskunlaşıb. Sonrakı sıralarda 20,9 faiz ilə Şimali Amerika və 9 faiz ilə Afrika gəlir.
Beynəlxalq mühacirlərin sayının iki dəfədən çox artdığı (təxminən 7 milyondan 15 milyona qədər) Latın Amerikası və Karib dənizi regionu həm də beynəlxalq immiqrantların ən yüksək artım tempinə malik regiondur. Okeaniyada 9 milyon beynəlxalq miqrant yaşadığı halda, bu qitədəkilər bütün mühacirlərin təxminən 3,3 faizini təşkil edir.
Nyu-Yorkun miqrasiya problemi
Nyu-Yorka qeyri-qanuni mühacirlərin axını şəhəri məhv edə bilər, buna görə də miqrasiya böhranını həll etmək üçün hökumətin daha çox səyləri lazımdır. Bu barədə şəhərin meri Erik Adams bildirib. Onun sözlərinə görə, bu problem Nyu-Yorku məhv edəcək. Şəhərə hər ay 10 min miqrant gəlir. Dünyanın hər yerindən insanlar toplaşaraq ABŞ-ın cənub sərhədini keçməklə Nyu-Yorka gəlirlər. O, qeyri-qanuni mühacir axınının qarşısının alınmasında daha çox dəstək üçün hökumətə müraciət etdiyini vurğulayıb və həmçinin vəziyyəti dəyişmək üçün siyasətdə real dəyişikliyin olmasına işarə edib.
Bu mənada demək olar ki, əhalisinin sayına görə Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən böyük şəhəri hesab olunan Nyu-York miqrant böhranı ilə üz-üzədir.
Son aylarda Meksika sərhədindən ABŞ-a keçərək sığınacaq axtaranların sayı görünməmiş həddə çatıb. Son bir həftə ərzində Nyu-Yorka axın edən minlərlə miqrant sığınacaq yeri olmadığı üçün küçələrdə gecələyir.
Problem mediada işıqlandırılandan sonra hərəkətə keçən şəhər rəsmiləri hazırda sığınacaq axtaran 57 mindən çox şəxsi şəhərdə yerləşdirmək üçün çalışır.
Nyu-Yorkun meri Erik Adams şəhərin Manhetten adasının Midtaun səmtində hotellərin önündə gecələyən miqrantları sığınacaqla təmin etmək üçün mexanizmlər üzərində çalışıldığını açıqlayıb. O bildirib ki, miqrantları köçürməyə çalışarkən ştatın digər bölgələrinin müqaviməti ilə qarşılaşıb.
ABŞ-ın başqa ştatlarında sığınacaq axtarmağa davam etdiyini deyən şəhər meri Ağ Evlə daimi əlaqə saxladığını, miqrantların qanuni işləməsinə imkan verən mexanizmlər üçün də hərəkətə keçdiyini deyib.
Ətraf şəhər və ştatlarda fəaliyyət göstərən müxtəlif xeyriyyə cəmiyyətləri Nyu-Yorka sığınan miqrantlara yardımlar göndərirlər.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyinin rəsmi rəqəmlərinə görə, qeyri-qanuni miqrantlar üçün ən vacib marşrut hesab olunan Meksika sərhədindən ABŞ-a keçənlər arasında Latın Amerikası ölkələrinin vətəndaşları üstünlük təşkil edir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

