Yolları qovuşduran illər...
05.11.2023 [12:20]
Bakı Metropoliteninin tarixinə qısa səyahət
Yeganə BAYRAMOVA
56 il əvvəlin 6 noyabr tarixi, bazar ertəsi... Bakı bayram libasına bürünüb. Metro inşaatçılarının, ümumiyyətlə, bütün bakılıların həsrətlə gözlədikləri gün gəlib çatmışdı. Sovetlər birliyinin 5-ci, Şərqdə ilk şəhər yeraltı dəmir yol nəqliyyatı olan Bakı metrosu 1967-ci ilin noyabrın 6-da istifadəyə verildi. Həmin bazar ertəsi Bakı Xalq Deputatları Soveti (Baksovet) binasının bir neçə addımlığında metronun birinci stansiyası “Bakı Soveti”nin qarşısına xeyli insan toplaşmışdı. Səhər saat 10-da tribunaya qalxan rəsmi şəxslər izdiham hərarətli alqışlarla qarşılandı. Tədbir başa çatdıqdan sonra qonaqlar stansiyanın yerüstü vestibülündən eskalatorlarla platformaya endilər. Saat 10:15 radələrində maşinist Salman Ələkbərov və onun köməkçisi Arif Mirzəyevdən ibarət lokomotiv briqadasının idarə etdiyi qatar hərəkət etdi. Beləliklə, Bakıda yeni növ ictimai sərnişindaşıma nəqliyyatı fəaliyyətə başladı.
Metronun uzunluğu 6.3 km olan birinci növbəsinin birinci buraxılış sahəsinə daxil olan 5 stansiyasının tikintisi 7 ilə tamam oldu. Metro tikintisi çox çətin və böyük maliyyə hesabına başa gələn proses idi. Tikinti mərkəzi hökumət tərəfindən maliyələşdirilirdi, amma bu maliyyənin ayrılmasını asanlıqla təmin etmək olmurdu. Məhz Heydər Əliyevin apardığı gərgin işlərin nəticəsində tələb olunan vəsait əldə olundu.
Heydər Əliyev tərəfindən açılan ilk stansiya...
1970-ci ildə “Ulduz” stansiyasının Bakı metrosu tarixindəki başqa bir məziyyəti onun Heydər Əliyev tərəfindən açılan ilk metro stansiyası olmasında idi. Daha sonra məhz onun qətiyyəti və uzaqgörənliyi ilə inşaatda “8-ci kilometr” qəsəbəsinə doğru hərəkətə üstünlük verildi. 1972-ci il noyabrın 6-da “Əzizbəyov” (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”), “Neftçilər” stansiyalarını istismara verilməklə böyük yaşayış sahəsinin mərkəzlə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdı.
Mövcud stereotiplərdən fərqli stansiya...
Həmin illərdə “Nizami” stansiyasına doğru 1,5 km-lik yolun çəkilməsi çox böyük çətinliklərlə başa gəlirdi. Lakin yekunda dahi Nizaminin adını daşıyan bu stansiya öz qeyri-adiliyi, cazibədarlığı ilə seçilir. Bu yeraltı sarayın memarlıq tərtibatının müəllifləri SSRİ-nin Xalq memarı Mikayıl Useynov və SSRİ Xalq rəssamı Mikayıl Abdulayev stansiyanın həm adının, həm tərtibatının ideya müəllifi olan Heydər Əliyevin məsləhətlərini nəzərə alıb, onu respublika rəhbərinin təsəvvürlərinin təcəssümü kimi yaratdılar. Nəticədə həmin dövrün metro stansiyalarının tikintisi sahəsindəki yanaşma üslublarından, mövcud stereotiplərdən tam fərqli bir möhtəşəm metro stansiyası yarandı.
İlk yerüstü stansiya
Sonrakı dövrdə iri sənaye zonasına çevrilən bir ərazidə SSRİ miqyaslı müəssisələrin fəaliyyətə başlaması ilə məhz Ulu Öndərin təşəbbüsü ilə kiçik bir platformadan ibarət olan “Elektrozavod” və ya indiki adı ilə “Bakmil” kimi ilk yerüstü stansiya ərsəyə gəldi.
“Nizami-Elmlər Akademiyası” sahəsində geoloji vəziyyət bəlli idi. Lakin Heydər Əliyevin qətiyyəti ilə yeraltı sular, əlverişsiz qrunt qazma işləri davam etdirildi. Onun ərsəyə gəlməsi isə Heydər Əliyevin SSRİ kimi dünyanın nəhəng dövlətinin əsas rəhbərlərindən biri kimi Moskvada Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi illərə təsadüf etdi. Məhz Ulu Öndərin xidmətləri sayəsində metropolitenin lazım olan bütün texniki avadanlıqlarla təchizatı təmin olundu və 5,6 km-lik yeni xəttin “Elmlər Akademiyası”, İnşaatçılar”, “XI Qızıl Ordu meydanı” (indiki “20 Yanvar”) və “Memar Əcəmi” stansiyaları 1985-ci il dekabrın 31-də açıldı.
Tikintinin 3-cü növbəsinə “Neftçilər”dən sonra 3 stansiya - “Xalqlar dostluğu”, “Əhmədli”, “Həzi Aslanov” daxil idi. Onlardan ilk ikisi məhz Ulu Öndərin davamlı olaraq kömək etdiyi dövrlərdə yaradılmış maddi-texniki baza hesabına istifadəyə verildi. “Həzi Aslanov” stansiyası isə müstəqillik dövründə, yenə də məhz Heydər Əliyevin nüfuzu sayəsində Avropa İttifaqının ayırdığı 4,5 milyon avro və Azərbaycan dövlətinin öz büdcəsindən ayırdığı 5,5 milyon manat maliyyə vəsaiti hesabına tikilib başa çatdırıldı. Ona qədərsə metronun daha bir yarımçıq qalmış stansiyası - xətlərin ayrılması layihəsinin əsas keçid stansiyası olan “Cəfər Cabbarlı” stansiyası da istismara verilmişdi.
Prezident İlham Əliyev metro tikintisinə olan qayğı və diqqəti ilə yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. 2006-cı ilin əvvəlindən başlanan bu mərhələdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının inşası başa çatdırıldı.
2008-ci ildə məhz dövlət başçısının təşəbbüsü və sərəncamı ilə metronun yeni inkişaf konsepsiyası üzərində işə başlanıldı. Beləliklə, 2011-ci il martın 18-də verilən sərəncamla metropoliten xətlərinin yeni konseptual inkişaf sxemi təsdiq edildi. Bununla metropolitenin 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və 120 km-ə yaxın yollardan ibarət bir şəbəkəyə çevrilməsi layihəsi qüvvəyə minmiş oldu.
Metro tarixində xüsusi layihə...
Son 20 ildə Bakı metropoliteni xətlərinin uzunluğu 32.1 km-dən 40.7 km-ə çatdırılıb. Yaşıl xəttin “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, Bənövşəyi xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” stansiyaları istifadəyə verilib. Bu sıraya Xocəsən qəsəbəsində eyniadlı stansiya və deponun fəaliyyətə başlaması da qoşulub. Bu isə metro tarixi üçün xüsusi bir layihədir. Çünki 1966-cı ildən sonra metronun ikinci deposu istifadəyə verildi və bu elektrik deposu 56 il ərzində formalamış ənənələr məktəbinin nümayəndələrinin gücü ilə tikildi. Bu gün Bakı metrosu ən aktual layihələrin də icra olunduğu meydana çevrilib.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19

