Qərbin “gürcü arzuları”...
09.01.2025 [08:51]
Tbilisidə etirazlar 40 gündən çoxdur davam edir
Ötən il qonşu və dost Gürcüstanın tarixində seçkilər ili kimi qaldı. Bu ölkədə oktyabrın 26-da növbədənkənar parlament seçkiləri keçirilib və İrakli Kobaxidzenin rəhbərliyi altında hökumət formalaşdırılıb. Dekabrın 14-də isə parlamentdə ölkə tarixində ilk dəfə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib. Yeni Prezident dekabrın 29-da and içib.
Beləliklə, qonşu ölkədə ötən il üçün qanunvericiliyə uyğun qaydada planlaşdırılan siyasi proseslər yekunlaşıb. Bununla belə, yeni ilin ilk günlərində də Tbilisi küçələrində hakimiyyət-müxalifət qarşıdurması tam səngiməyib. 2024-cü il noyabrın 28-də hakimiyyətin Gürcüstanın 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasının gündəmdən çıxarılması barədə bəyanatından dərhal sonra başlayan etirazlar permanent hal alıb və artıq təxminən 40 gündən artıqdır ki, davam edir.
Aİ-nin şantajı, Gürcüstanın etirazı
Gürcüstanda yeni parlament və prezident seçkiləri siyasi gərginlik şəraitində baş tutub. Məlumdur ki, son bir ildə qonşu ölkədə artan və iğtişaşlara, dövlət çevrilişinə cəhdə qədər genişlənən gərginlik əslində Gürcüstan-Qərb qarşdurması kimi dəyərləndirilir. Qərb dairələri tərəfindən rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda, Rusiyaya meyllənməkdə ittiham olunur. Qərb dairələri bu qəbildən olan ittihamları səsləndirərkən Gürcüstan parlamentində ötən il hakim partiyanın təşəbbüsü ilə qəbul olunan iki qanuna istinad edirlər. Həmin qanunlardan biri xarici təsirin şəffaflığının təmin olunmasını, digəri isə gürcü xalqının milli ləyaqətini, adət-ənənələrini, ailə dəyərlərini qorumağı hədəfləyir. Hər iki məsələ Gürcüstan üçün çox aktualdır. Son illərdə Qərb dairələrinin ölkənin vətəndaş cəmiyyəti üzərində təsir imkanları hədsiz dərəcədə artıb. Belə ki, qonşu ölkədə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının sayı yağışdan sonra göbələk kimi artıb. Hakimiyyət Qərbin vətəndaş cəmiyyətini özündən asılı vəziyyətə salmaqla Gürcüstanın milli maraqlarına nüfuz etdiyi qənaətindədir. Yuxarıda bəhs olunan qanunlar da məhz bu təhlükəli tendensiyanın qarşısını almaq məqdədi daşıyır. Gürcüstan hakimiyyəti Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyub. Onu da qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin yuxarıda xatırlatdığımız bəyanatından sonra ölkə Avropa İttifaqı və ABŞ tərəfindən sanksiyalarla hədələnir.
Eyni zamanda, ayrı-ayrı Qərb dairələri, o cümlədən də bəzi ölkələr Gürcüstanda ötən il baş tutan seçkilərə kölgə salmağa çalışırlar. Qərbdən gələn direktivlər əsasında sabiq prezident Salome Zurabişvilinin rəhbərlik etdiyi müxalifət yeni seçkilərin keçirlməsini tələb edir. “Bəzi beynəlxalq tərəfdaşlar ikili standartları rəhbər tutur, Gürcüstandakı etirazları “dinc” adlandırır, etirazçıların polisə qarşı zorakılığına göz yumurlar”. Bu sözləri hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının deputatı Eka Sepaşvili sosial şəbəkə hesabında yazıb.
“Almaniyanın və Fransanın hökumət rəsmiləri - Maykl Rot və Natali Loiseaunun başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir”. Bu fikirlər isə Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə məxsusdur. “Ümid edirəm ki, bir çox insanlar Gürcüstanda keçirilən seçkilərə bu cür kobud və qanunsuz müdaxilə ilə oturduqları demokratiyanın və suverenliyin qolunu kəsdiklərini tədricən anlayacaqlar”, - deyə Ş.Papuaşvili vurğulayıb.
Makronun Gürcüstan yalanları
Fransa prezidenti Makron Gürcüstana da dil uzadır. Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Fransa prezidenti Emmanuel Makronun bəyanatı gürcülərin müxtəlif ölkələrin hakimiyyətlərinə inamını sarsıdan yalan rəvayətə əsaslanır. Hər bir kəs gürcü xalqının iradəsinə hörmət etməlidir.
Onun sözlərinə görə, Gürcüstanda yeni seçkilərdən danışmaq, ilk növbədə gürcü xalqına, ən azı 1 milyon 120 min insana hörmət edilmədiyini göstərir.“Bir-birimizin suverenliyinə hörmət etmək BMT-nin əsas prinsipdir. Ona görə də yeni seçkilərlə bağlı danışıqlar gürcü xalqının suveren seçiminə müdaxilədir.
Biz bu və ya digər Avropa liderinin və ya siyasi gücünün legitimlik böhranlarını görürük. Əgər onlar başqa ölkələrin hakimiyyətlərindən danışmaq istəyirlərsə, o zaman biz də başqa dövlətlərin hakimiyyətlərindən danışacağıq. Onların bəziləri etibarını itirmiş Almaniyadakı kimi keçici hökumətlərdir. Onlar öz xalqının etimadını qaytarmaqla məşğul olmaq əvəzinə, Gürcüstan xalqının iradəsinə müdaxilə etməklə məşğuldurlar. Prezident Makronun Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsi barədə bəyanatının da yalan rəvayətə əsaslandığını görürük. Bu, ilk növbədə Fransanın Gürcüstandakı səfirliyinin üzərinə düşür. Prezidentlə söhbətində yalan danışıq bu səviyyəyə qalxır”, - deyə Papuaşvili bildirib.
Makronun səfirlər konfransında səsləndirdiyi iddialara Baş nazir İrakli Kobaxidze də özünəməxsus şəkildə cavab verib. “Fransa prezidenti məhv olmaq üçün qurban verilmiş Ukraynaya baxmalıdır. Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən hamının üzləşdiyi problemi şərh edirəm - bu, məhv edilmiş Ukraynadır”, - deyə İ.Kobaxidze Fransa prezidentinin bəyanatları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu gün hamının üzləşdiyi əsl problem dağıdılmış Ukraynadır.
ATƏT PA prezidentinin təxirə salınan səfəri
Bu arada ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma yanvarın 8-də Gürcüstana nəzərdə tutulan səfərini qeyri-müəyyən vaxta təxirə salıb.
Bu barədə Pia Kauma “X” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: “Müzakirələr və məsləhətləşmələr nəticəsində Gürcüstana səfərimi ATƏT Parlament Assambleyasının iştirakı ilə daha təsirli ola biləcək bir vaxta qədər təxirə salmaq qərarına gəldim. Biz hamını dinləməyə və ATƏT/DTİHB-nin seçki tövsiyələrinin həyata keçirilməsində yardım təklif etməyə hazırıq”.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12

