/ / Azərbaycanın beynəlxalq siyasi platformalarda ardıcıl uğurları Prezident İlham Əliyevin regional liderliyinin nəticəsidir
Azərbaycanın beynəlxalq siyasi platformalarda ardıcıl uğurları Prezident İlham Əliyevin regional liderliyinin nəticəsidir
10.04.2022 [18:38]
Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regional münasibətlərin tənzimləməsi baxımından vacib əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqazda davamlı sülhün bərqərar olması qarşılıqlı münasibətlərə, iqtisadi-ticari əlaqələrə də müsbət təsir göstərəcək. Belə ki, son illərdə Avropada yaşanan enerji böhranı Azərbaycana olan marağı daha da artırıb. Bundan əlavə, ölkəmizin etibarlı enerji təminatçısı olması da böyük dövlətlərin diqqət mərkəzindədir.
Kəskinləşməkdə olan beynəlxalq münasibətlər dövlətlər qarşısında yeni tələblər qoyur, yeni çağırışlar meydana gəlir. Belə bir vaxtda Azərbaycan bütün ölkələrlə qarşılıqlı formada əməkdaşlıq təklif edən, sülhə tərəfdar olan dövlət kimi dünyada müsbət imic formalaşdırıb. Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasi kurs Azərbaycanın nüfuzunu yüksəldən amillərdəndir. Belə ki, Azərbaycan bir-biri ilə ziddiyyətdə olan, müharibə aparan ölkələrə münasibətdə neytral mövqe tutur, onlarla qarşılıqlı əməkdaşlıq edir.
2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra böyük güclərin Azərbaycana rəğbəti daha da artıb. Dəyişməkdə olan dünya nizamına ölkəmiz də Prezident İlham Əliyevin rəhbərliyi ilə öz möhürünü vurub.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın iştirakı ilə müxtəlif səviyyələrdə keçirilən görüşlərin demək olar hamısı ölkəmiz adına faydalı sənədlərin imzalanması, müsbət irəliləyişlərin əldə olunması ilə yadda qalıb. Bundan əlavə, cari ilin əvvəlindən dövlətimizin başçısına ünvanlanan məktublar, edilən telefon zəngləri Azərbaycan Prezidentinin artan nüfuzundan xəbər verir.
Azərbaycanın siyasi platformalardakı ardıcıl uğurları
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri müxtəlif platformalarda bir neçə dəfə görüş keçiriblər. İstər Rusiyanın, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərin nəticələri ölkəmizin maraqlarına cavab verməklə yanaşı, rəsmi İrəvanın illərdir Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaların gündəmdən çıxdığını göstərdi.
2020-ci ildə qazanılan Zəfərdən sonra Azərbaycan Ermənistan tərəfinə sülh gündəliyini təqdim edərək onu qarşılıqlı əməkdaşlığa dəvət etdi. Müharibədən sonrakı ilk aylarda sülhə, əməkdaşlığa meyilli olmayan Ermənistan ölkəmizin apardığı “sühə məcburetmə” siyasəti nəticəsində Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməli oldu. 2021-ci ilin noyabr-dekabr aylarında Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşlər bunu deməyə əsas verir ki, ölkəmiz hərb meydanında olduğu kimi, siyasi platformalarda da uğurlar qazanıb.
Artıq müharibə geridə qalıb və Azərbaycan qalib ölkə kimi bundan sonrakı prosesləri öz maraqlarına uyğun şəkildə davam etdirməkdə qərarlıdır. Son görüşlərdə verilən qərarlara əsasən, Ermənistan öhdəliklərini yerinə yetirməlidir. Bundan əvvəl isə Ermənistan, sadəcə, vaxt uzatmaqla məşğul idi, heç bir ciddi addım atmaq niyyətində deyildi.
Dövlətimizin başçısı 2022-ci ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibə zamanı qeyd etmişdi ki, biz Ermənistana sülh gündəliyini təqdim etmişik. Əgər onlar bunu qəbul etməsə, biz sülh sənədini hər zaman masa üzərində saxlamayacağıq. Hətta Prezident İlham Əliyev vurğulamışdı ki, 6 ay sonra nələrin baş verəcəyi Ermənistanın atdığı addımlardan asılıdır. Bu, o anlama gəlir ki, Ermənistan imzaladığı sənədləri tam surətdə yerinə yetirməlidir. Əgər onlar imzalanan bəyanatlara əməl etməsə, yenidən “Dəmir yumruğu” görəcəklər.
Azərbaycanın regional liderliyinin tanınması
Ölkəmiz İkinci Qarabağ savaşında qazandığı Zəfərlə regionda yeni reallıq yaratdı. Azərbaycan 30 illik münaqişəni 44 gündə həll etməklə yanaşı, azad olunan ərazilərdə də böyük infrastruktur layihələrinin icrasına başladı. Dövlətimiz hətta böyük ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların bu işlərə cəlb edilməsinə də nail oldu. Belə ki, dünyanın ən böyük iqtisadi və siyasi güc mərkəzlərindən biri olan Avropa İttifaqının işğaldan azad olunan ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərəcəyini bildirməsi Brüssel görüşünün vacib məqamlarından biri idi. Diqqətçəkən digər məqam isə sülh razılaşmasının əsas komponentinin Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması idi. Bu sənəddə əsas məqam isə Azərbaycanın ərazi bütövlüyünün tanınması idi ki, bu, Brüssel görüşünün nəticəsində də əksini tapdı. Bütün bunlar son illərdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldiyini göstərir.
Siyasi şərhçi Elmir Səftərov
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

