ABŞ - İran danışıqları iyunda bərpa oluna bilər
22.05.2026 [09:17]
ABŞ-la İran arasında atəşkəs əldə edildikdən sonra tərəflər yekun sülhlə bağlı hələ də razılığa gələ bilmir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib. ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Tehran sülh üçün yeni təkliflərini açıqlayıb
Mayın 19-da İran müharibəyə son qoymaq üçün ABŞ-a təqdim etdiyi yeni sülh təklifinin təfərrüatlarını açıqlayıb. Rəsmi IRNA agentliyinin məlumatına görə, təklifin detalları İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi tərəfindən parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvləri ilə görüşdə açıqlanıb. Orada İranla ABŞ arasında diplomatiyadakı son inkişaflar barədə ətraflı hesabat təqdim edilib.
Qəribabadi bildirib ki, Tehranın təklifi “uranın zənginləşdirilməsi və dinc nüvə fəaliyyəti hüququnu” vurğulayır. Təklif, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə münaqişələrə son qoyulmasını, ABŞ-ın dəniz blokadasını qaldırmasını, İran aktivlərinin azad edilməsini, Vaşinqton tərəfindən son müharibə zamanı yenidənqurma səylərini dəstəkləmək üçün dəymiş ziyana görə kompensasiya ödənilməsini” əhatə edir. Onun sözlərinə görə, təklifdə bütün birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi və ABŞ qüvvələrinin İslam Respublikasını əhatə edən ərazilərdən çıxarılması tələb olunur.
Mayın 10-da İran ABŞ-ın müharibəyə son qoymaq təklifinə cavabını Pakistan vasitəsilə çatdırmışdı, lakin Prezident Donald Tramp İranın təklifini “tamamilə qəbuledilməz” adlandırıb. İran mediasının yazdığına görə, Tehran Pakistan vasitəsilə ABŞ tərəfinə 14 bəndlik yenidən işlənmiş təklif təqdim edib. Ötən şənbə günü Tramp Tehranı yenidən hərbi eskalasiya ilə hədələsə də, sonradan ABŞ Prezidenti Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin tələbi ilə çərşənbə axşamı İrana qarşı planlaşdırılan hücumu təxirə saldığını açıqlayıb. O, bir paylaşımında Müdafiə Nazirliyinə məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə, dərhal İrana qarşı tam, genişmiqyaslı hücuma hazır olmağı tapşırdığını da əlavə edib.
İslamabad diplomatik səylərini artırıb
Bu arada tərəflər arasında vasitəçilik edən Pakistan müharibənin yenidən alovlanmamasına çalışır. “Al Arabiya” telekanalı məlumatına görə, ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələsi iyunun əvvəlində baş tuta bilər. Qeyd olunub ki, görüş Həcc ziyarəti başa çatdıqdan sonra İslamabadda keçirilə bilər. 2026-cı ildə əsas ziyarət ayinləri 25-29 may tarixləri arasında baş tutur. Mənbələr, həmçinin iddia ediblər ki, hazırda Vaşinqton və Tehran arasında razılaşmanın son versiyası üzərində iş gedir.
Mayın 20-də Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin İrana səfərində məqsəd də ABŞ ilə danışıqlar prosesinin asanlaşdırılması olub. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına açıqlamasında bildirib ki, Nəqvinin iştirakı ilə İran və ABŞ arasındakı mətnləri dəqiqləşdirmək üçün əlavə müzakirələr aparılıb. Bu, Pakistan daxili işlər nazirinin Tehrana ikinci səfəri olub. İran XİN-in sözçüsü qeyd edib: “Tehranın əsas diqqəti bütün cəbhələrdə (Livan da daxil olmaqla) müharibəyə son qoymaq, dondurulmuş aktivləri azad etmək və İran gəmiçiliyinə qarşı təqib aktlarını və dəniz piratçılığını dayandırmaqdır”.
Nəqvi İrana səfəri zamanı bu ölkənin Prezidenti Məsud Pezeşkian ilə də görüşüb. Rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, görüş zamanı İran-ABŞ danışıqları ilə bağlı son regional inkişaflar və diplomatik məsləhətləşmələr müzakirə olunub. Pezeşkian dialoqun davam etdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və İslam ölkələri arasında koordinasiyanın vacibliyini vurğulayıb və Pakistan hökumətinin sabitliyi və konstruktiv regional qarşılıqlı əlaqələri dəstəkləmək səylərini yüksək qiymətləndirib.
Mayın 21-də isə Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfər edib. Bütün bunlar İslamabadın İran-ABŞ münaqişəsinin həlli üzrə səylərini gücləndirdiyini göstərir. Lakin diplomatik səylərin artdığı bir vaxtda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İrana təkrar hücum edəcəkləri təqdirdə döyüş zonasının Yaxın Şərqdən kənara çıxacağı barədə xəbərdarlıq edib. “Fars” agentliyi bu barədə SEPAH-ın bəyanatına istinadla məlumat yayıb. “İrana qarşı təcavüz təkrarlansa, regional müharibə bu dəfə bölgədən kənara yayılacaq və zərbələrimiz gözləmədiyiniz yerlərdə sizə sarsıdıcı məğlubiyyət gətirəcək”, - deyə bəyanatda bildirilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

