İlk milli dayanıqlı inkişaf standartı hazırlanır
22.05.2026 [10:53]
Sənəd dövlətin mühüm strateji niyyətini və inteqrasiya planlarını əks etdirir
Azərbaycanın ilk milli dayanıqlı inkişaf standartının hazırlanması mühüm mərhələdir. Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Azərbaycanın ilk milli dayanıqlı inkişaf standartının hazırlanması: Dayanıqlı Təcrübələr Standartı (SPS)” mövzusunda panel müzakirəsində videomüraciəti zamanı deyib. Qeyd edib ki, Azərbaycan dayanıqlı şəhər inkişafına, ekoloji məsuliyyətə və iqlim dayanıqlılığına xüsusi önəm verir. Dayanıqlı inkişaf standartının hazırlanması dövlətin mühüm strategiya və bəyannamələrdəki niyyətini və bütün sektorların planlaşdırma, layihələrin idarə olunması və gündəlik institusional fəaliyyət proseslərinə inteqrasiya planlarını əks etdirir.
Dövlət, biznes və vətəndaş cəmiyyətinin koordinasiyalı əməkdaşlığı
Dayanıqlı inkişaf standartı əməliyyat səviyyəsində davamlılıq təcrübələrinə yönəlmiş və milli səviyyədə tətbiq oluna bilən çərçivə kimi EkoSfera Sosial-Ekoloji Mərkəz tərəfindən hazırlanır. SPS qlobal davamlılıq çərçivələri ilə yerli tətbiq reallıqları arasındakı boşluğu aradan qaldırmaq məqsədilə yaradılıb. Beynəlxalq standartlar mühüm meyarlar təqdim etsə də, bir çox yerli tərəflər milli və yerli şəraiti əks etdirən, əlçatan və kontekstə uyğun alətlərə ehtiyac duyur. SPS bu ehtiyaca cavab olaraq davamlılığın konkret bir məkanda gündəlik əməliyyatlarda necə tətbiq olunduğunu qiymətləndirir və abstrakt öhdəliklərə və ya yalnız müəyyən sektorlara aid etiketlərə fokuslanmır.
Dövlət, biznes və vətəndaş cəmiyyətinin koordinasiyalı əməkdaşlığına əsaslanan bu standart həm də “yaşıl maliyyələşmə” və ekoloji məsuliyyət prinsiplərini dəstəkləyir. Həmçinin kiçik və orta sahibkarlıq subyektləri, restoran və kafelər, mədəniyyət müəssisələri və muzeylər, fermer təsərrüfatları və kənd təsərrüfatı müəssisələri, xidmət təminatçıları, ictimai və icma məkanları, həmçinin mühafizə olunan təbiət ərazilərinə bitişik ərazilər daxil olmaqla geniş spektrli qurumlara tətbiq edilir. SPS yalnız hotellər və ya turizm sektoru ilə məhdudlaşmır və müxtəlif sahələrdə davamlılıq təcrübələrinin inkişafını dəstəkləmək üçün nəzərdə tutulub.
Beynəlxalq təcrübə göstərir ki, idarəetmə standartları effektiv institusional modellər kimi geniş tətbiq olunur. Eyni zamanda, ekoloji, sosial və korporativ idarəetmə yanaşmaları getdikcə həm dövlət, həm də özəl sektorun qərarvermə proseslərinə inteqrasiya edilir və davamlılıq ölçüləbilən və hesabatlılığa əsaslanan idarəetmə çərçivəsinə çevrilir. Eyni zamanda, dayanıqlı inkişafı mücərrəd konsepsiyadan ölçülə bilən və praktiki fəaliyyətə çevirməyə kömək edir, həmçinin həm dövlət, həm də özəl sektorda hesabatlılığın artırılmasına, institusional potensialın gücləndirilməsinə və resurslardan daha səmərəli istifadəyə töhfə verir.
Bu baxımdan Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı xüsusi diqqətə layiqdir.
ESG prinsiplərinə uyğunlaşmaq üçün keçid
Dayanıqlı inkişaf standartı yerli təşkilatlara ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə uyğunlaşmaq üçün keçid aləti rolunu da oynayır. Platforma bizneslərin cari vəziyyəti, dayanıqlılığı, ESG hesabatlılığı üzrə indikator və məlumatları təmin etməklə, xarici investorların cəlb edilməsinə xidmət edir ki, tərəfdaşlar ESG ilə əlaqəli xidmətlərini bu platforma üzərindən biznes subyektlərinə təqdim edərək təcrübəli mütəxəssis və peşəkar şirkətlərə çıxış imkanı qazanırlar. Dövlət standartı müəssisə və təşkilatlarda müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir. Dövlət və özəl sektorlarda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərir.
İpoteka sistemi inkişaf standartına müsbət fayda verir
Dayanıqlı inkişaf standartı həm də sosial məzmun daşımaqla, insanların zəruri həyat ehtiyaclarının həllini nəzərdə tutur. Sözsüz ki, bura mənzil təminatı və sosial xidmətlərə əlçatanlıq da əsas prinsiplərdən biridir. Maliyyə nazirinin müavini, İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının üzvü Anar Kərimovun fikrincə, ölkəmizdə bu istiqamətdə institusional mexanizmlərdən biri olan ipoteka sistemi öz müsbət faydasını göstərməkdədir. İpoteka və Kredit Zəmanət Fondu ilə yanaşı, həssas qruplara güzəştli şərtlərlə mənzillər təqdim edən Dövlət Mənzil İnşaatı Agentliyi məskunlaşma üçün fəal rol oynayır. Bundan başqa, mənzil siyasətində “yaşıl maliyyələşmə” mühüm yer tutur ki, bu, təkcə sosial birlik siyasəti deyil, həm də istehsalat, məşğulluq, infrastruktur və şəhərsalma sahələrində multiplikativ effekt yaradır. İnkişaf standartına daxil olan bu alətlər “yaşıl istiqraz”lar, “yaşıl taksonomiya” çərçivələri, rəqəmsal kadastr sistemləri, “yaşıl tikinti” standartları əsasında qarşıya qoyulmuş hədəflərə çatmağa imkan verir.
Ümumilikdə, güclü dayanıqlılıq standartlarının hazırlanması və tətbiqi ölkənin bütün infrastruktlarının əsaslı şəkildə qurulmasına, resurslardan səmərəli istifadəyə, “yaşıl iqtisadiyyat”ın inkişafına, daha dayanıqlı şəhər planlaşdırılmasına, həmçinin məsuliyyətli istehsal və istehlak modellərinin formalaşmasına töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

