Prezident İlham Əliyev Aİ NŞ-nin baş katibi Xavyer Solana ilə görüşüb
30.04.2009 [17:40]
Dünən Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə, regiondakı vəziyyətə, enerji əməkdaşlığına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə həllinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış ediblər.
Xavyer Solana bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün vacib ölkədir və tərəflər arasında yaxşı əməkdaşlıq münasibətləri vardır. Bu əməkdaşlıq Avropa Qonşuluq Siyasəti çərçivəsində inkişaf edir.
Ali nümayəndə Xavyer Solana deyib ki, biz ikitərəfli münasibətlərin genişləndirilməsini istəyirik və bu, bizim məqsədimizdir.
Azərbaycan Prezidenti İlham Əliyev aparılan danışıqlardan məmnunluğunu ifadə edərək bildirib ki, biz Avropa İttifaqı ilə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk. Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayan dövlətimizin başçısı deyib ki, bu əlaqələrə regional inkişaf, iqtisadi əməkdaşlıq, siyasi islahatlar, enerji təhlükəsizliyi və digər sahələri əhatə edən layihələr daxildir.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan etibarlı tranzit və təchizatçı ölkədir, bu da Azərbaycan-Avropa İttifaqı əlaqələrinə qarşılıqlı fayda gətirir.
Brüsselin “Abelaq” hava limanında Prezident İlham Əliyevi Belçika Krallığının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola salıblar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya gəlib.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25

