Əsrin müqaviləsi - Əsrin mübarizəsi
20.09.2024 [10:59]
Heydər Əliyev bizi bu mübarizədən qalib çıxardı
“Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Heydər Əliyev
30 il əvvəl, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamaqla respublikamızın iqtisadi-siyasi həyatında yeni dövr başlandı. “Əsrin müqaviləsi”nin müəllifi, Ulu öndər Heydər Əliyev bu sazişi gerçəkləşdirməklə Azərbaycan dövlətinin uzunömürlü etibarlı tərəqqisinin bünövrəsini qoydu. Həmin illərdə ölkəmizin iqtisadi həyatında xüsusilə vacib faktora çevrilmiş enerji diplomatiyasının uğurlarında Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin misilsiz xidmətləri də mühüm əhəmiyyət kəsb etmişdir. Neft müqavilələri ilə bağlı aparılan gərgin müzakirələrdə birbaşa iştirak edən İlham Əliyevin “Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqları və mənafeyinə uyğun hazırlanması və imzalanmasında əzmkar fəaliyyəti öz mühüm nəticələrini verdi. Beləliklə, dünyanın ən nəhəng enerji şirkətləri ilə başlanan yeni neft erası “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan neft dünya bazarlarına nəql olunmaqla ölkəmiz qlobal tədarükçülər, neft ixracatçıları aliəsinin layiqli üzvünə çevrildi. “Əsrin müqaviləsi”nin ən əhəmiyyətli fazası olan “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması, 2006-cı ildə Azərbaycan dünyanın ən böyük tranzit arteriyalarından biri olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi isə iqtisadi inkişaf üçün güclü maliyyə aktivləri imkanlarını hərəkətə gətirdi. Neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, neft resurslarının dünya bazarlarına çıxarılması və valyuta gəlirlərinin ölkəyə daxil olması özünün iqtisadi səmərəsini göstərməyə başladı. Azərbaycanın itirilmiş güclü iqtisadi potensialının və hərəkətsiz qalmış resurslarının bərpa olunması iqtisadi artım üçün geniş imkanlar açdı, milli gəlirlərin formalaşmasını, iqtisadi sabitliyin möhkəmliyini və valyuta stabilliyini təmin etdi.
Azərbaycan nefti dünya bazarında: Üç dənizin əfsanəsi reallıqdır
“Əsrin müqaviləsi”nin imzalanmasından və 1999-cu ildə ilk mənfəət neftinin dünya bazarlarına çıxarılmasından sonra yeni geoiqtisadi reallıqlar da meydana çıxdı. Neft ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri Şərq-Qərb artieriyası kimi qlobal ötürmə gücünə malik deyildi. Müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatacağını nəzərə aldıqda daha geniş ixrac xəttinə ehtiyac var idi. Ən optimal variant kimi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri seçildi. 2005-ci ilin mayında Bakıda BTC-yə ilk neft vuruldu və neft 2006-cı ilin I rübündə Ceyhan limanına çatdı. Bununla da Şərq-Qərb enerji ixracı strategiyası uğurla gerçəkləşdi. Bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan arasında yeni münasibətlərin yaranmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də onun siyasi və iqtisadi baxımdan inkişaf etməsinə səbəb oldu. Eyni zamanda, BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən bütün dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihə olduğunu təqsdilədi.
“Əsrin müqaviləsi” güclü iqtisadiyyat-güclü Ordu quruculuğunu təmin etdi
Azərbaycanın enerji siyasətində növbəti addım BTC ilə nəql edilən neftdən əldə edilən gəlirlərin etibarlı və etimadlı bir ünvanda saxlanılması oldu. Həmin dövrdə Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin xarici ölkələrin ən mütərəqqi suveren fondlarının təcrübəsini dərindən mənimsəyərək ölkəmizdə tətbiqi ideyası köməyə çatdı. Onun təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi və mükəmməl bir model ortaya qoyuldu. Azərbaycan hökuməti neftdən əldə etdiyi gəlirləri ədalətli, şəffaf və səmərəli şəkildə istifadə etmək üçün dünyada mövcud olan ən qabaqcıl təcrübəyə əsaslanmaqla unikal bir yığım mənbəyi - Dövlət Neft Fondunu yaratdı.
Fondun vəsaitlərinin hansı sahələrə xərclənməsi də mürəkkəb sual yaratmışdı, çünki həmin illərdə ölkəmizin iqtisadi və sosial həyatının bütün sahələrində maliyyəyə kəskin ehtiyac var idi, ancaq Ulu öndər Heydər Əliyev dövlətimizin və xalqımızın bir nömrəli qayğısı olan Qarabağdan köçkün düşmüş soydaşlarımızın ehtiyaclarını, mənzil şəraitini yaxşılaşdırmağı ön sırada görürdü. Məhz bu ümdə mərama əsaslanaraq Neft Fondunda toplanan ilk vəsaitlər doğma torpaqlarını tərk etmiş soydaşlarımız üçün ayrıldı.
Ümummilli liderin uğurlu enerji strategiyasını davam etdirən Prezident İlham Əliyev neft gəlirlərini güclü Azərbaycan qurmaq və iqtisadi qüdrətini artırmaq üçün səfərbər etdi, eyni zamanda, bir nömrəli problemimizi - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi azad edilməsi üçün güclü ordu quruculuğuna yönəltdi. Məhz həmin güclü iqtisadi arxitektura və hərbi büdcə sayəsində rəşadətli Ordu quruldu və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı, 2023-cü ilin sentyabr ayında bir günlük lokal antiterror əməliyyatları nəticəsində münaqişənin son akkordu tamamlandı, Azərbaycanın dövlət suverenliyi və Konstitusiya hüquqları 86,6 min kv.km ərazilərinin hər bir nöqtəsində təmin olundu.
Həmçinin neft gəlirlərinin səmərəli idarə olunması və iqtisadiyyatın inkişafına şaxələndirilməsi sayəsində ölkəmizin bütün regionlarında infrastrukturları əhəmiyyətli şəkildə modernləşdirildi, qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı təmin edildi, sosial rifah davamlı olaraq yaxşılaşdırıldı, əhalinin məşğulluğu artırıldı və ölkədə yoxsulluğun səviyyəsi azaldıldı.
Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrilib
“Əsrin müqaviləsi”nin növbəti uğur səhifəsi 2017-ci ildə Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması oldu. Qətiyyətli enerji diplomatiyası sayəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumun yeni uğurlu davamı - TANAP, TAP və digər qlobal trans-enerji arteriyaları gerçəkləşdi. Beləliklə, neft-qaz layihələrindən əldə edilən milli dividen?lər iqtisadiyyatın inkişafında əsaslı rol oynadı, ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya yatırıldı ki, 155 milyardı xarici kapitalın payına düşür.
Azərbaycan bu mükəmməl siyasət nəticəsində Cənubi Qafqazın lider iqtisadi gücünə çevrildi, 2003-2023-cü illərdə Ümumi Daxili Məhsul (ÜDM) 14,8 dəfə artaraq 134 milyard manata çatdı, dövlət büdcəsinin gəlirləri 25,2 dəfə artaraq 1,2 milyard manatdan 35,8 milyard manata yüksəldi, büdcənin xərcləri 27 dəfə arataraq 1,3 milyard manatdan 36,6 milyard manata çatdırıldı. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 48 dəfədən çox artaraq 72 milyard dollara yüksəlib.
“Yaşıl Əsrin Müqaviləsi”nə keçid...
“Əsrin müqaviləsi”nin 30 illik yubiley ilində Azərbaycanda enerji doktrinasının yeni səhifəsi olan “yaşıl enerji” sazişləri ilə tam yeni mərhələnin əsası qoyuldu. 2024-cü il iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə dəyəri 1 milyard dollara bərabər olan 3 müqavilənin imzalanması ilə enerji siyasətinin yeni dövrü başlandı. Eləcə də Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb.
Beləliklə, Azərbaycan 30 il əvvəl xarici neft konsorsiumları ilə bir ailədə birləşdiyi kimi hazırda “yaşıl enerji” ilə bağlı beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edərək əsrin yeni koalisiyasını formalaşdırmaqdadır. Bütün bunlar isə “Əsrin Müqaviləsi”nin davamı olan “Əsrin Yaşıl Müqaviləsi”nin uğurlu start götürdüyünü təsdiqləyir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

