Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Dayanıqlı məskunlaşma

Dayanıqlı məskunlaşma

08.08.2023 [11:20]

“Böyük Qayıdış” Qarabağa xoşbəxtlik gətirir

Günel ABBAS

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan 5 ümummilli məqsədlərdən biri kimi qeyd olunub. Bu məqsədə uğurla nail olmaq üçün azad edilmiş ərazilərdə məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşması təmin edilməli, həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, burada dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların daimi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün azad edilmiş ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq  məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.

İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb.

İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Paralelel olaraq həmin yerlərdə proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir. Həmçinin işğaldan azad olunan ərazilərdə “Azərsu” ASC tərəfindən içməli su təchizatının yaxşılaşdırılması istiqamətinə də müvafiq işlər görülür.

Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız şanlı qələbə nəticəsində tarixi ədaləti bərpa etdik: “30 ilə yaxındır işğal altında olan torpaqlarımızı erməni faşizmindən xilas edərək ölkəmizin qüdrətini bir daha bütün dünyaya çatdırdıq.Torpaqlarımızı azad etdikdən sonra bu ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması dövlət siyasətimizin prioritetlərindəndir. Hazırda dövlət başçımızın göstərişinə uyğun olaraq bu sahədə geniş bərpa-quruculuq işləri aparılır və müasir, modern standartlara uyğun infrastruktur layihələri həyata keçirilir.

Bir il kimi qısa bir müddətdə yüksək texnoloji imkanlardan istifadə olunaraq qələbəmizin simvolu sayılan “Zəfər” yolu çəkildi. Bununla yanaşı, avtomobil və dəmiryolu xəttlərinin də çəkilməsi dövlət səviyyəsində uğurla həyata keçirilir. Ərazilərimizdə bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi burada vətəndaşlarımızın məskunlaşmasına və eyni zamanda, kəndlərimizdə məşğulluğun artımına öz müsbət təsirini göstərəcəkdir”.

Deputat qeyd edir ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması dövlət tərəfindən görülən işlərin, həyata keçirilən layihələrin bariz nümunəsidir:

“Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, bu gün artıq Zəngilana və Laçına bir çox ailələrimizin köçü reallaşıb. Cənab Prezidentin təşəbbüsü və diqqəti nəticəsində 30 ilə yaxındır doğma torpaqlarından didərgin düşmüş köçkünlərimiz ən son texnoloji yeniliklərə uyğun bərpa və təmir olunmuş mənzillərinə, evlərinə, torpaqlarına - doğma yurdlarına geri qayıdırlar. Bu gün Qarabağ uzun illərlə davam edən işğaldan sonra sürətlə abadlaşır və dirçəlir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti və bərpa-quruculuq işləri nəticəsində Qarabağ tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30