Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Sərhədsiz Reportyorlar”ın təxribat və qərəz dolu fəaliyyət sxemi

“Sərhədsiz Reportyorlar”ın təxribat və qərəz dolu fəaliyyət sxemi

26.06.2015 [10:13]

Yaxud, təşkilatın yaradıcısı Rober Menar islamofob dairələrin “qulluqçusu” rolunda
Müstəqil siyasi kursu, qısa zamanda əldə etdiyi inkişaf səviyyəsi Azərbaycanı nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, eləcə də, böyük bir coğrafiyanın iqtisadi-siyasi mərkəzlərindən birinə çevirib. Son illərdə dünyanın ən sürətli inkişafına malik olan ölkəmiz iqtisadi-siyasi uğurları ilə yanaşı, mədəni, ictimai, idman sferalarında da mühüm nailiyyətləri ilə seçilir.
Təəssüf ki, bəzi ermənipərəst, anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan dairələr ölkəmizin bu uğurlarını həzm edə bilmir, ölkəmizə qarşı “qara piar” kampaniyası aparır və açıq qərəz nümayiş etdirir. Belə qurumlar arasında ən “tanınmışlardan” biri də “Sərhədsiz Reportyorlar” təşkilatıdır. Bu təşkilatın yaradıcısı və ilk baş direktoru sonradan Fransanın Langedok vilayətində yerləşən Bezye şəhərinin meri Rober Menardır. Bu həmin Menar idi ki, fransalı jurnalist Nicolas Poincare onu “sərhədsiz təxribatçı” adlandırır və bələdiyyə polisini silahlandırmaqda, pəncərələrdən paltar asanları cəzalandırmaqda, multikultur Fransanı rədd etməkdə günahlandırırdı. Fransalı jurnalist Menarın soldan-sağa təxribatlarla məşğul olduğunu bildirirdi.
“Sərhədsiz Menar” kimdir: təxribatçı, islamofob...
Vurğuladığımız kimi, öz ölkəsində “təxribatçılıqda” günahlandırılan Menar və onun təşkilatı ölkəmizə qarşı həyata keçirilən antimilli siyasətin önündə yer alanlardandır. 2006-cı ilə qədər “Sərhədsiz Reportyorlar”ın baş direktorunu Azərbaycanda tez-tez görmək mümkün idi. Həmin vaxtdan sonra isə onun ayağı Bakıdan kəsildi və ölkəmizə qarşı məqsədli çirkin fəaliyyəti də məhz o zamandan başladı. “Sərhədsiz Reportyorlar” təşkilatının hər il yaydığı hesabatlarda Azərbaycanın adı mütləq şəkildə sonuncu sıralara salınır. Qərəzdən və kindən, şər-böhtandan başqa bir şey olmayan həmin hesabatların isə hansı məqsədlərə xidmət göstərdiyi sirr deyil. Çünki Ermənistanı, yaxud Afrikanın hansısa ölkəsini daha “demokratik” qələmə verməklə öz masqasını özü yırtan bu “təşkilat” rəhbərinə “layiq” olduğunu sübuta yetirir. Təşkilat alternativ fikrə yer vermədən, yalnız özünə lazım olan uydurma məlumatları yaymaqda peşəkardır. Bütün hesabatlarda Rober Menarın dəst-xətti isə aydın görünür.
Rober Menar öz ölkəsinin qanunlarını pozur, özünü islaholunmaz xəstə kimi aparır...
Əslində, Menarın siyasi və ya “təşkilat rəhbəri” qismində kimliyi onun tərcümeyi-halına nəzər saldıqda aşkar şəkildə ortaya çıxır. Rober Menar Bezye şəhərinin meri seçiləndən sonra rəhbərlik etdiyi ərazidə yerləşən məktəblərdə şagirdlərin statistikasını çıxararaq bildirmişdi ki, dövlət büdcəsindən maliyyələşən ibtidai məktəblərdə oxuyan şagirdlərin 64,6 faizi müsəlman uşaqlarıdır. Bu isə birmənalı şəkildə qanun pozuntusu idi ki, 1978-ci ildə qəbul edilmiş qanuna görə, insanların dini mənsubiyyətinə görə siyahıya alınması Fransada qadağan edilir. Qanunu pozanları 5 il həbs və 300 min avro cərimə gözləyir. Menara qarşı cinayət işi qaldırılsa da, heç bir tədbir görülmədi. Lakin ictimai qınaq şiddətlənmişdi. Şovinist mövqeyi ilə “məşhurlaşan” Menar bələdiyyə seçkilərində irqçi, şovinist, ifrat radikal olan “Milli Cəbhə”ni dəstəkləməklə indiyə qədərki “sərhədsiz” fəaliyyətini ifşa etmişdi. Qalmaqal ciddi şəkil alanda Menar mətbuat konfransı keçirərək bildirdi ki, anası fransız dilində danışmayan uşağı Fransa cəmiyyətinə inteqrasiya etmək mümkün deyil. Bu isə Menarın irqçi birisi olduğunu tam şəkildə ortaya çıxardı. Onun sonradan “müsəlmanların sayı yaman çoxdur. Şəhərimizdə istənilən həbsxanaya girin və məhbusların simalarına baxın. Görəcəksiniz ki, onların əksəriyyəti ərəblər, türklərdir” fikri daha böyük “rezonansa” səbəb oldu desək, yanılmarıq. Fransa Baş naziri Manuel Vals isə buna cavab olaraq “Twitter” səhifəsində “Bezyenin merinə ayıb olsun”, - deyə yazdı. Fransa prezidenti Fransua Olland isə Menarın hərəkətlərini “Fransa Respublikasının dəyərlərinə zidd” adlandırdı. “Müsəlman uşaqların siyahıya alınması Fransa Respublikasına təhqirdir”, - deyə Fransa parlamentinin sədri Menarı qınadı. Daxili işlər naziri Bernard Cazeneuve isə onu nasistlərə bənzətdi. Bütün bunlar Menarın heç vecinə də deyil...
“Sərhədsiz Reportyorlar” və onun başçısı ABŞ Dövlət Departamentinin “xidmətçisi” qismində azad ölkələri qaralamaqla məşğuldur
Qeyd etmək yerinə düşər ki, 2008-ci ildə Menarın ABŞ kəşfiyyatı ilə əlaqələri də üzə çıxıb. Belə ki, ABŞ Ədliyyə Departamenti prezident Corc Buşun sözçüsü Skot Stanzelin açıqlamasından sonra araşdırmaya başlayaraq, USAİD-in ayırdığı qrantı “Sərhədsiz Reportyorlar” təşkilatının mənimsədiyi iddiasını irəli sürmüşdü. Söhbət ABŞ prezidentinin Kosta Rika və Kuba məsələləri üzrə müşaviri olmuş Felip Sikstonun “Cuban Freedom” mərkəzinin vəsaitini mənimsəməsindən gedir. F.Sikston təşkilatın rəhbərliyinə Menarla səmimi münasibətlərdə olan CİA agenti Frak Kalzonu gətirib. Menar da Floridada öz bürosunu açaraq, Kubada terroru dəstəkləyən qruplarla əməkdaşlıq edib. ABŞ Baş Hesablama Ofisinin (General Accountability Office) apardığı audit zamanı məlum olub ki, USAİD-ə Kuba üçün ayrılmış 64,5 milyon dolların çox cüzi hissəsi təyinatı üzrə xərclənib. Menarın da imzasının olduğu sənədlərdə xərclərin əksəriyyəti əsaslandırılmayıb. Boğaza qədər korrupsiyaya batmış bu şəxs yenə sudan quru çıxıb və həmin il “Fəxri Legion” ordeninə layiq görülüb. Çünki heç kəs, hətta Sarkozinin özü belə CİA-ya bağlı olan Menara “gözün üstə qaşın var” deyə bilməzdi...
Menarın ABŞ Dövlət Departamenti ilə yaxınlığının tarixi isə daha “qədimdir”. Dövlət Departamentinin dəstəyi ilə 1985-ci ildə “Sərhədsiz həkimlər” təşkilatının adını oğurlayaraq yaratdığı “Sərhədsiz Reportyorlar”la birbaşa ABŞ-ın siyasətini yerinə yetirən Menar ona verilən sifarişləri icra edir, hədəfdə olan ölkədə jurnalistlərin “təzyiqə məruz qaldığını”, “azad səsin boğulduğunu” iddia edərək dünyaya yalanlar püskürürdü. Elə Azərbaycanla bağlı hesabatlarda da bu metodologiya ilk baxışdan nəzəri cəlb edir. Jurnalistikaya aidiyyəti olmayan insanları “jurnalist” elan edərək “azad söz boğulur” deyən “Sərhədsiz Reportyorlar”ın missiyası bu gün də davam edir... Halbuki, jurnalistlər üzərindən kampaniyalar aparmaqda usta olan Rober Menarın “Rədd olun otaqdan!” deyərək jurnalistləri qovması da uzaq tarix deyil. O, bu ilin may ayında “Midi Libre” agentliyinin iki əməkdaşını belə qarşılamışdı. Və jurnalistikaya dəxli olmayan bu islamofobun hələ də ədalətdən, demokratiyadan, azad sözdən danışması özü gülüncdür.
Pərviz

 
Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31