Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib
27.08.2015 [09:44]
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, www.mehriban-aliyeva.az ünvanında yerləşən sayt Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir.
“Xəbərlər”, “Bioqrafiya”, “Fəaliyyət”, “Səfərlər”, “Görüşlər”, “Müsahibələr”, “Çıxışlar” və digər bölmələrdən ibarət olan saytda Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, çıxışları və müsahibələri, eləcə də həyatına dair müxtəlif məlumatlar, foto və videolar izləyicilərə təqdim olunur.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu müxtəlif mükafatlar barədə məlumatlar, mətbuatda yer almış məqalələr yerləşdirilib.
İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda, ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola bilərlər.
Saytda uşaqlar üçün səhifə də yaradılıb. Bu səhifədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer tutması barədə məlumat verilir, həmçinin onlar üçün “Azərbaycanım”, “Oyunlar”, “Bu maraqlıdır” kimi bölmələrdə maarifləndirici oyun və məlumatlar təqdim olunur. “Azərbaycanım” bölməsində uşaqlara tariximiz, adət-ənənələrimiz, əlamətdar günlərimiz barədə informasiyalar çatdırılır. Saytın uşaqlar üçün səhifəsində, eyni zamanda, müxtəlif cizgi filmlərini də izləmək mümkün olacaq.
Saytın mobil telefon və planşetlər üçün versiyası da istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23

