Azay Quliyev: Mehriban xanım Əliyevanın böyük amnistiya haqqında təşəbbüsü tarixi hadisədir
20.05.2016 [10:15]
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı layihə Milli Məclisə təqdim olunub. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Mehriban xanım Əliyevanın müasir ümumbəşəri ideyaları yaşadan Heydər Əliyev siyasətinin humanizm, mərhəmət və insanpərvərlik ənənələrini əsas götürərək, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək, cəzadan azad olunacaq şəxslərin sosial adaptasiyasını, qanunlara dönmədən əməl etmələrini və cəmiyyətin inkişafına öz töhfələrini vermələrini arzulayaraq irəli sürdüyü təşəbbüs tarixi hadisədir: “Bu vaxta qədər Mehriban xanım Əliyeva tərəfindən üç dəfə böyük amnistiya layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Bu, sayca dördüncüsüdür və 28 May - Respublika Gününə təsadüf edir. Mehriban xanımın bu dəfə irəli sürdüyü amnistiya haqqında qərar layihəsi isə daha çox adamı əhatə edəcəkdir. Belə ki, mayın 20-də Milli Məclisin amnistiya haqqında qəbul edəcəyi qərar 10 min nəfərə şamil olunacaqdır. Bunlardan 3500 nəfəri yerdə qalan cəzanın çəkilməsindən azad olunaraq azadlığa çıxacaqdır”.
Azay Quliyev deyib ki, qərar layihəsinə əsasən, yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər, qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər, bu qərar qüvvəyə minənədək birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, habelə keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (bu orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarı ilə bəraət almış şəxslər və onların yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya edilmiş şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunubsa), 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.
“Bunu, ilk növbədə, Mehriban xanım Əliyevanın Ümummilli liderin humanist siyasətinə sədaqət nümayiş etdirməsinin bariz nümunəsi, ikincisi isə, 28 May - Respublika Gününə sayğısı kimi qiymətləndirmək lazımdır. Bu, tarixi qərar olacaqdır. İndiki məqamda, ölkəmizdə dövlətçilik hissinin və vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğu bir məqamda belə bir humanizm aktının qəbulu ictimai barışı və vətəndaş həmrəyliyini daha da gücləndirəcəkdir.
Nə bilmək olar, bəlkə də, amnistiyaya düşənlərdən bir çoxu Qarabağ uğrunda savaşlarda qəhrəmanlıq göstərəcək.
Mən fürsətdən istifadə edib belə bir humanizm, bağışlamaq və mərhəmət aktını hazırlayan və Milli Məclisə təqdim edən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı hörmətli Mehriban xanım Əliyevaya ölkənin ictimai sektoru adından dərin minnətdarlığımı bildirirəm”, - deyə Azay Quliyev qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35

