ABŞ-ın Ermənistandakı səfiri Sarkisyan rejimini ifşa etdi
04.02.2017 [11:51]
İşğalçılıq siyasəti Ermənistanı uçuruma sürükləsə də, hakimiyyətdə olan hərbi xunta bununla öz korrupsioner sistemini qoruyur, şəxsi biznesini inkişaf etdirir
Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir. Bunun digər bir nəticəsi odur ki, Ermənistan qeyri-konstruktiv mövqe nəticəsində bütün regional layihələrdən təcrid olunub, ciddi siyasi-iqtisadi kataklizmlərin məngənəsindədir. Azərbaycan isə bütün sahələrdə mühüm nailiyyətlər əldə etməklə yanaşı, yüksək beynəlxalq nüfuzunun fonunda Cənubi Qafqaz geosiyasi məkanının lider dövləti kimi çıxış edir və ölkəmizin iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz.
Bununla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi qətiyyətli siyasət Ermənistanın isterikasını artırdığı üçün işğalçı ölkə müxtəlif təxribatlara əl atır. Məhz sonuncu bu cür təxribatlardan birinin qarşısı Azərbaycan Ordusu tərəfindən ötən ilin aprelində alındı. Bütövlükdə, aprel hadisələri işğalçı Ermənistana ciddi mesajlar verdi. Aprel döyüşlərinin nəticəsi həm də bir çox məqamlara yenidən aydınlıq gətirdi. Bir daha bəlli oldu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək qüdrətinə sahibdir, həmçinin işğalçılıq siyasəti Ermənistanı uçuruma aparır.
Yeri gəlmişkən, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils Ermənistandakı Amerika Ticarət Palatasındakı çıxışı zamanı bu məqamlara toxunub. O qeyd edib ki, apreldəki 4 günlük müharibə zamanı və ondan sonrakı dövrdə gedən ictimai müzakirələr korrupsiyanın milli təhlükəsizliyə aşındırıcı təsir göstərə biləcəyini üzə çıxardı və məsələni ictimaiyyətin diqqət mərkəzinə gətirdi. Səfirin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması korrupsiyanı gücləndirir, çünki o (münaqişə - red), Ermənistan sərhədlərini bağlı saxlayır. Onun sözlərinə görə, sərhədlər bağlı olanda güclü biznes adamları və digərləri üçün iqtisadi bazarları nəzarət altında və rəqabətdən kənar saxlamaq asan olur.
Beləliklə, ABŞ-ın Ermənistandakı səfiri bu açıqlama ilə Sarkisyan rejimini ifşa edib. Yəni işğalçılıq siyasəti Ermənistanı uçuruma aparır, amma Sarkisyan rejimi bununla sərhədlərin bağlı qalmasına nail olmaqla korrupsiyanın daha da çiçəklənməsinə və öz korporativ maraqlarının - şəxsi ambisiyalarının təmin olunmasına çalışır.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin bu ölkənin özünə daha çox zərər verdiyi yaxşı məlumdur: “Sadə ermənilər də Sarkisyan rejiminin işğalçılıq siyasətindən şəxsi mənfəət götürdüyünü dəfələrlə qeyd ediblər. Ermənistan vətəndaşları işğalçı siyasətin öz ölkələrini uçuruma apardığını hər zaman bəyan edirlər. Onlar Sarkisyan rejiminin korrupsioner əməlləri, repressiya siyasəti ilə yanaşı, Dağlıq Qarabağı işğal altında saxlamasından ciddi narazılıq edirlər. Çünki bilirlər ki, bu amil Ermənistanı xaosa, tənəzzülə, uçuruma sürükləyir”.
Politoloq Elşad Mirbəşiroğlu isə bildirib ki, Ermənistana rəhbərlik edən hərbi xunta üçün əsas amil şəxsi ambisiyaların və rejim maraqlarının təmin olunmasıdır: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla bütün regional layihələrdən təcrid olunub, bölgədə konkret olaraq forpost dövlət və ya hansısa bir ölkənin hərbi bazası kimi çıxış edir. Bu ölkənin heç nisbi müstəqilliyi də yoxdur. Bu gün Sarkisyan rejimi işğalçılıq siyasətini davam etdirməklə ən böyük zərbəni elə Ermənistanın özünə vurur. Düzdür, münaqişənin və işğal faktının mövcudluğuna görə sərhədləri bağlı saxlamaqla öz korrupsioner - şəxsi biznesini çiçəkləndirir, amma bütövlükdə, ölkəni və vətəndaşlarını çox mürəkkəb duruma salır. Hesab edirəm ki, ABŞ-ın Ermənistandakı səfirinin fikirləri reallığın tam və dolğun təsviridir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37

