Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sübut Əsədov: Fransa hökuməti bu təxribatçı qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir

Sübut Əsədov: Fransa hökuməti bu təxribatçı qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir

27.11.2020 [09:01]

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun əldə etdiyi möhtəşəm zəfərin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesi başa çatmaq üzrədir. Azərbaycanın sülhə məcburetmə əməliyyatlarının uğurla başa çatması məğlub düşmənin müxtəlif vasitələrə əl atmasına gətirib çıxarır. Ermənistanın məğlubiyyətini həzm edə bilməyən bəzi ermənipərəst təşkilatlar kimi, Fransa Senatının da qərəzli mövqe nümayiş etdirməsi bu cür nümunələrdəndir və yolverilməzdir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədri bildirib ki, Azərbaycanın milli maraqlarına zidd olaraq atılan bütün addımlar qarşısında birlik və həmrəylik nümayiş etdirən siyasi partiyalar həmişə olduğu kimi, Fransa Senatının qərəzli qətnaməsinə kəskin etirazlarını bildiriblər: “Hələ bu məsələ Fransa Senatında müzakirə olunmamışdan qabaq partiyalar birgə bəyanatla çıxış ediblər. Azərbaycan cəmiyyəti Fransa Senatının qərəzli qətnaməsinə qarşı birlik və həmrəylik nümayiş etdirib. Belə ki, noyabrın 26-da Fransa Senatının bu addımına etiraz olaraq 40-a yaxın QHT-nin nümayəndələri bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Birmənalı şəkildə demək olar ki, Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı cinayətlərə, o cümlədən dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumub. Senatın qətnaməsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa üçün böyük rüsvayçılıqdır. Ona görə də Respublikaçılar Partiyası olaraq bizim mövqeyimiz odur ki, Fransa hökuməti bu təxribatçı qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir”.
Q.ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31