Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əlisahib Hüseynov: Fransa dünyada milli və irqi dözümsüzlüyün, islamofobiyanın mərkəzinə çevrilməkdədir

Əlisahib Hüseynov: Fransa dünyada milli və irqi dözümsüzlüyün, islamofobiyanın mərkəzinə çevrilməkdədir

08.12.2020 [09:29]

“Fransanın prezidenti Makron özünü Avropanın şəriksiz lideri və “Avropa və Şərq xristianlarının təəssübkeşi” kimi aparmağa çalışır. Bu acı həqiqəti Makronun islamofob münasibətindən güc alan fransız parlamentarilərinin son addımları da açıq-aşkar təsdiqləyir. Belə ki, əvvəlcə Fransa Senatı noyabrın 25-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması zərurəti barədə qətnamə qəbul etdi. Fransa Senatının ardınca isə, bu ölkənin parlamentinin aşağı palatası olan Milli Assambleya dekabr ayının 3-də “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamə qəbul etdi. Sözsüz ki, hər iki qətnamə absurddur və ikili standartların təzahürüdür”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, bu qətnamələr Fransanın siyasi kuluarlarında hökm sürən islamofobiyanın, türkofobiyanın təsiri nəticəsində ərsəyə gəlib. Fransa lideri və fransız parlamentariləri artıq Türkiyəyə qarşı düşmənçiliyi və anti-Azərbaycan mövqelərini açıq şəkildə nümayiş etdirirlər. Belə demək mümkünsə, onlar açıq “kart”larla oynamağa başlayıblar. Lakin Makronun və Fransa Milli Assambleyasının fransız xalqının maraqlarını terrorçu Ermənistana qurban verərək, guya Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi məqsədilə addımlar atması heç bir sağlam məntiqə sığmır. Fransanın lideri və deputatları “Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi üçün” hərəkətə keçməzdən əvvəl yaxşı olar ki, Parisdə, Marseldə, Lionda, Strasburqda və digər fransız şəhərlərində müsəlmanlara qarşı baş qaldıran total təzyiqlərə, aşağılanmalara, diskriminasiyaya bir nəzər yetirsinlər.
Partiya sədrinin sözlərinə görə, Fransa hazırda dünyada milli və irqi dözümsüzlüyün, islamofobiyanın mərkəzinə çevrilməkdədir: “Necə deyərlər, öz gözündəki tiri görməyib, özgələrinin (Azərbaycanın və Türkiyənin) gözündə tük axtarması Makronun siyasi korluğunun göstəricisidir. Təəssüf ki, Milli Assambleyanın deputatları da ona qoşulub birgə “xor” oxuyurlar. Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransa Senatının qəbul etdiyi məlum qətnamənin ədalətsiz və qərəzli müddəalarını eynilə təkrar edir və yenidən Fransa hökumətinə qondarma “dqr”in tanınmasını tövsiyə edir”.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31