/ / Milli Məclisdə İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Milli Məclisdə İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
08.12.2020 [09:46]
Dekabrın 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, italiyalı qonaqları salamlayan Sahibə Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin dərinləşməsinə xidmət etdiyini deyib. Sədr qeyd edib ki, bu gün Azərbaycan və İtaliya iki yaxın dost, strateji tərəfdaşdırlar. Təqdirəlayiq haldır ki, tarixən qədim köklərə malik əməkdaşlığımız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Əlaqələrimizin bu səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.
Sahibə Qafarova qeyd edib ki, siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Siyasi dialoqun davamlılığı iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyil ki, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 6 milyard ABŞ dolları həcmində olub. Cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici 4,2 milyard ABŞ dolları təşkil edib. Mütəmadi olaraq biznes forumların keçirilməsi iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsinə xidmət edir.
Bu gün müstəqil Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasına öz töhfəsini verməkdədir. Təkcə neft deyil, TANAP və TAP kimi qaz layihələri də buna parlaq misaldır.
Görüşdə Milli Məclisin sədri ölkələrimiz arasında mədəni, humanitar, elm, təhsil sahələrində də əməkdaşlığımızın yüksək səviyyəsindən danışıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur.
Söhbət zamanı sədr diqqətə çatdırıb ki, münasibətlərimizin inkişafında parlamentlər yaxından iştirak edirlər. Son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Qarşılıqlı həyata keçirilən yüksək səviyyəli səfərlər bunun bariz nümunəsidir. Sevindirici haldır ki, bu gün ölkələrimizin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bu qruplar arasındakı qarşılıqlı təmaslar təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Sahibə Qafarova qonaqların ölkəmizə səfərləri çərçivəsində Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfər etmələrini, onların Ermənistan tərəfindən törədilən hərbi cinayətlərlə yaxından tanış olmalarını yüksək qiymətləndirib. Bildirilib ki, 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Görüşdə Milli Məclisin sədri bütün dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda italiyalı deputatların Azərbaycana səfərini yüksək qiymətləndirib.
İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qonaq bildirib ki, onların Azərbaycana səfəri məhz ölkəmizə olan dostluq münasibətinin göstəricisidir. Siyasi müstəvidə ən yüksək səviyyələrdə davamlı olan dialoq parlamentlərarası münasibətlərimizdə də özünü göstərir. İtaliya Senatının və Deputatlar Palatasının müxtəlif siyasi partiyaları təmsil edən bir qrup üzvünün Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfərlərini də məhz bu baxımdan dəyərləndirmək lazımdır.
O qeyd edib ki, Azərbaycanın dostu kimi onlar bölgə həqiqətlərini, burada gördüklərini İtaliya və dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəklər. Ettore Rosato vurğulayıb ki, onlar Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəklər.
Görüşdə çıxış edən İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Rossana Boldi, İtaliyalı senatorlar Maria Rizzotti, Adolfo Urso, Deputatlar Palatasının üzvü Pino Kabras, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, həyatın digər sahələrində münasibətlərimizin daha da dərinləşməsi barədə öz fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

