Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Musa Ağayev: 30 ildən çoxdur ki, qələbə həsrəti ilə yaşayan Azərbaycan xalqı bu gün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin sevincini yaşayır

Musa Ağayev: 30 ildən çoxdur ki, qələbə həsrəti ilə yaşayan Azərbaycan xalqı bu gün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin sevincini yaşayır

09.12.2020 [09:23]

“30 ildən çoxdur ki, qələbə həsrəti ilə yaşayan Azərbaycan xalqı bu gün öz ərazi bütövlüyünün təmin edilməsini bayram edir. Eyni zamanda, Azərbaycan xalqının istəyinə uyğun olaraq, Azərbaycan dövləti bu zəfəri bizə bəxş edən qəhrəman övladlarını yad edir, onlara minnətdarlıq hissi nümayiş etdirir. Artıq Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Anım Günü və Zəfər Günü də təsis edilib. Xalqımız hər il 27 sentyabr və 8 noyabr tarixlərini xüsusi olaraq qeyd edəcək”.
Bunu qəzetimizə açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev deyib.
M.Ağayev bildirib ki, Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan cəmiyyətində müşahidə edilən qələbə əhval-ruhiyyəsi xalqımızın birliyini bir daha ortaya qoyur: “Əldə etdiyimiz qələbənin regionda davamlı sülhə öz töhfəsini verəcəyi şəksizdir. Çünki Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurların miqyası elə böyükdür ki, gələcəkdə diplomatik sahədə də uğurlara nail olacağımızı şərtləndirir. Eyni zamanda, indiki məqamda Qarabağımızın yenidən qurulması prosesi başlayıb. Sözsüz ki, Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik uzun illərdir erməni vandalizminə məruz qalmış şəhər və kəndlərimizin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yenidən qurulması zamanı da davam etdiriləcək. Təbii ki, siyasi partiyalar da bu istiqamətdə görülən işlərə öz dəstəyini əsirgəməyəcək. Ümid edirəm ki, dövlətimizlə yanaşı, xarici sərmayədarlar və Azərbaycanın iş adamları da bu quruculuq işlərinə öz töhfələrini verəcəklər”.
Qaşqay

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31