Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Arzuman Abdulkərimov: Ermənistan 44 günlük müharibədə lazımi dərsini aldı

Arzuman Abdulkərimov: Ermənistan 44 günlük müharibədə lazımi dərsini aldı

09.12.2020 [09:31]

“Ermənistan 44 günlük müharibədə lazımi dərsini aldı”. Bunu qəzetimizə açıqlama verən Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov deyib.
O bildirib ki, Ermənistan külli miqdarda dövlət borcuna sahibdir. Onun sözlərinə görə, Azərbaycan Ordusu Ermənistanın hərbi arsenalını məhv edib. Azərbaycan Ordusu onların hərbi birləşmələrini darmadağın edib, faktiki olaraq Ermənistan ordusu yoxdur. AVP sədrinin müavini qeyd edib ki, bu gün Ermənistanda vəziyyət olduqca kritikdir, işğalçı ölkədə xaos hökm sürür: “Paşinyana qarşı olan bu hərəkətlər həm daxildən, həm də xaricdəki erməni lobbisi tərəfindən alovlandırılır. Doğrudur, Paşinyan hakimiyyətə gələndə də onun iqtidarda uzun zaman qalmayacağı proqnozlaşdırılırdı. Ordumuzun son qələbəsi nəticəsində Ermənistan daxilində çox ciddi münaqişə yaranıb. Eyni zamanda, xaricdə olan erməni lobbisi də bu məsələni Paşinyana bağışlamayacaq. Hətta yeni revanşistlər də var. Eləcə də bu müharibə Ermənistanda sosial-iqtisadi durumu da xeyli dərəcədə ağırlaşdırdı. Ermənilər elə bir zərbə alıblar ki, özlərini uzun müddət toplaya bilməzlər. Azərbaycanın böyük qələbəsi ilə onların “böyük Ermənistan” xülyası darmadağın edilib”.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31