Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anadolu Agentliyi Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpülərinə həsr olunan məqalə yayıb

Anadolu Agentliyi Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpülərinə həsr olunan məqalə yayıb

09.12.2020 [09:32]

Türkiyənin Anadolu Agentliyi təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğal və onun nəticələri ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, agentliyinin yaydığı “Ermənistanın işğalı səbəbindən min illik körpü yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qaldı” sərlövhəli məqalə Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpülərinə həsr olunub.
Məqalədə əvvəlcə Xudafərin körpülərinin tarixi, memarlıq quruluşu, həmçinin strateji əhəmiyyəti barədə məlumat verilir. Diqqətə çatdırılır ki, Azərbaycan və İranın dövlət sərhədini müəyyən edən Araz çayının bu bölgədəki sahil yaşayış məskənləri fərqli görkəmdədir. İranın həmin bölgədəki sahil qəsəbələrində inkişaf olduğu halda, Azərbaycan tərəfində Ermənistanın 27 illik işğalçılığının xarabalıqları qalıb. Qeyd olunur ki, Azərbaycan bu bölgəni işğaldan xilas etməklə bir tərəfdən tarixi irsinə sahib çıxıb, digər tərəfdən dövlət sərhədlərini nəzarət götürüb.

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31