Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AZƏRTAC-ın Xudavəng məbəd kompleksi ilə bağlı məqaləsi Rumıniyanın “News24hours” portalında dərc edilib

AZƏRTAC-ın Xudavəng məbəd kompleksi ilə bağlı məqaləsi Rumıniyanın “News24hours” portalında dərc edilib

09.12.2020 [09:33]

AZƏRTAC-ın “Daşlarda elə informasiyalar var ki, onları silmək mümkün deyil - Xudavəng monastır kompleksi” sərlövhəli məqaləsi Rumıniyanın “News24hours” portalında dərc edilib.
Xatırladaq ki, məqalədə Qafqaz Albaniyası dövrünə aid Xudavəng məbəd kompleksinin tarixindən, onun erməniləşdirilməsi cəhdlərindən bəhs olunur. Qeyd edilir ki, ermənilər Azərbaycan xalqına məxsus dini, tarixi abidələri saxtalaşdıraraq öz adlarına çıxmağa çalışırlar. Kəlbəcərdəki Xudavəng monastırı da bu qəbildəndir.
Azərbaycan Alban-udi dini icmasının sədri Robert Mobiliyə istinadla bildirilir ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar monastıra süni şəkildə əlavə olunmuş erməni xaçkarlarından və bir çox müasir xaç elementlərindən aydın şəkildə görünür.
Məqalədə Azərbaycanda tolerantlıq ənənələrindən, dini abidələrə dövlət qayğısından, eləcə də Alban-udi dini icmasının nümayəndələrinin işğaldan azad olunmuş Kəlbəcərə gələrək bu monastır kompleksində dini ayinlər icra etmələrindən də bəhs edilir.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31