Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sabir Rüstəmxanlı: “YAŞAT” Fondunun yaradılması alqışlanmalıdır

Sabir Rüstəmxanlı: “YAŞAT” Fondunun yaradılması alqışlanmalıdır

10.12.2020 [09:08]

“Bu günlər hamımız Vətən müharibəsində qazanılan böyük qələbənin sevincini yaşayırıq. Həqiqətən də, cəmiyyətimizdə qələbə ab-havası davam etməkdədir”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı bildirib ki, qələbənin təntənəsini yaşadığımız bir şəraitdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin ailələri və müharibə əlilləri diqqətdən kənarda qalmamalıdır və qalmır: “Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması alqışlanmalıdır. Dövlət başçısının bu Fərmanı vaxtında verilib və böyük əhəmiyyətə malikdir”.
Partiya sədrinin sözlərinə görə, belə bir fondun yaradılması böyük məna kəsb edir: “Mən sosial şəbəkələr vasitəsilə xaricdə yaşayan soydaşlarımızın “YAŞAT” Fondunun yaradılması ilə bağlı fikirlərini izlədim. Xaricdəki soydaşlarımız da belə bir fondun yaradılmasını ürəkdən bəyənir və dəstəkləyirlər. Onlar da bu prosesdə iştirak etmək istəyir. Görünən odur ki, xaricdə yaşayan çoxsaylı həmvətənlərimiz bu fonda öz dəstəklərini verəcəklər. Əlbəttə ki, bu, çox təqdirəlayiq haldır. Eyni zamanda, cəmiyyətimizdə də “YAŞAT” Fondunun yaradılması yüksək dəyərləndirilir. Bütün bunlar həmrəyliyimizin göstəricisidir. Düşünürəm ki, bütün xeyirsevər insanlar prosesdə iştirak edərək şəhid ailələrinə və qazilərimizə dəstək işində iştirak edəcəklər”.
NARDAR

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31