/ / Elşən Musayev: Siyasi partiyaların əməkdaşlığının və qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi önəmli məsələdir
Elşən Musayev: Siyasi partiyaların əməkdaşlığının və qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi önəmli məsələdir
10.12.2020 [09:08]
“Sevindirici haldır ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasında əksər siyasi partiyalar yaxından iştirak edirlər”. Bu fikri qəzetimizə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev deyib.
Elşən Musayev bildirib ki, bütün bunlar bilavasitə demokratik münasibətlərin təzahürüdür. Onun sözlərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi şəkildə partiya rəhbərləri və ictimai fəallarla görüşləri təşkil olunur: “Görüşlərdə Vətən müharibəsində qazanılmış böyük qələbə, ordumuzun şücaəti, Azərbaycanın keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı və bir sıra digər önəmli mövzular müzakirə edilir. Qeyd edim ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əslində, dünyaya yeni hərbi strategiya nümayiş etdirib. Azərbaycanın sözügedən təcrübəsi bir çox ölkələr tərəfindən öyrəniləcək. Belə ki, cəmi 44 gün davam edən müharibə əslində, fərqli hərbi strategiyaların savaşı idi. Düşünürəm ki, müharibədən sonrakı dövrdə aparılan informasiya müharibəsində də siyasi həmrəyliyin nümayişi olduqca vacibdir. Eyni zamanda, siyasi partiyaların əməkdaşlığının və qarşılıqlı münasibətlərinin qorunub inkişaf etdirilməsi önəmli məsələdir”.
Partiya sədri qeyd edib ki, İkinci Qarabağ müharibəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün probleminin həll olunması da deməkdir: “İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçiriləcək. Hesab edirəm ki, siyasi partiyalar da bu prosesə öz töhfələrini verməlidirlər”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

