Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Vətən müharibəsi barədə AZƏRTAC-ın məqaləsi Misirin “Aldiplomasy” xəbər portalında dərc olunub

Azərbaycanın Vətən müharibəsi barədə AZƏRTAC-ın məqaləsi Misirin “Aldiplomasy” xəbər portalında dərc olunub

11.12.2020 [09:32]

Misirin geniş auditoriyaya malik “Aldiplomasy” informasiya portalı AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanovun Azərbaycanın Vətən müharibəsindən bəhs edən publisistik-analitik məqaləsini ingilis dilində yayıb.
“Qüdrətli sərkərdə və müdrik Prezident İlham Əliyev azərbaycanlıları qalib xalqa çevirdi, yeni reallıqlar yaratdı” sərlövhəsi ilə təqdim olunan məqalədə rəşadətli Azərbaycan Ordusunun böyük zəfəri, o cümlədən müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki, bu modern müharibə təcrübəsinə dünyada böyük maraq göstərilir. Müharibənin yekunu olaraq işğalçı Ermənistan kapitulyasiya aktı imzalamağa və üç rayonu döyüşsüz təhvil verməyə məcbur edilib. Otuz il davam edən işğala 44 gün ərzində son qoyulub və Azərbaycanın ərazi bütövlüyü təmin olunub.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin informasiya məkanında və diplomatik müstəvidə nail olduğu uğurlardan, Qarabağda aparılan hərbi əməliyyatların aktiv fazasında xarici KİV-lərə verdiyi çoxsaylı müsahibələrdən söhbət açılır. Habelə oxucu Ermənistanın müharibə cinayətləri, işğal etdiyi ərazilərdə törətdiyi vəhşiliklər, mülki əhaliyə xain hücumları barədə məlumatlandırılır. Qarabağın dağıdılmış şəhər və kəndlərinin bərpası ilə bağlı hökumətin planları diqqətə çatdırılır, müharibənin bölgədə yaratdığı yeni reallıqlar təhlil edilir.
Oxucu rəyləri göstərir ki, Misir portalının bu məqaləni yayması Qarabağ münaqişəsi və Azərbaycanın Vətən müharibəsi barədə həqiqətlərin geniş ingilisdilli auditoriyaya çatdırılması baxımından diqqətəlayiq təşəbbüsdür.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31