Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
27.01.2021 [09:25]
Yanvarın 26-da Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat”ı təqdim edən komitənin sədri Ziyafət Əsgərov əvvəlcə payız sessiyası dövründə Vətən müharibəsinin başlandığını və elə həmin gün - sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin ölkədə “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanının Milli Məclisə daxil olduğunu və parlamentin iclasında təsdiq edildiyini qeyd edib. Komitə sədri 44 gün ərzində aparılan müharibədə Azərbaycanın böyük Zəfər qazandığını vurğulayaraq möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla bütün xalqımızı və deputatları möhtəşəm qələbə münasibətilə bir daha təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Sonra komitə sədri bildirib ki, noyabr ayının 10-da üç dövlət - Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan birgə bəyanatla müharibə başa çatdı və Azərbaycan Prezidentinin “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Fərmanı ilə ölkəmizin bütün ərazisində hərbi vəziyyət 2020-ci il 12 dekabr tarixində saat 00:00-dan etibarən ləğv edildi.
Onlayn iclasda bildirilib ki, hesabat dövründə komitədə həmin qanun layihələri ilə yanaşı, bir sıra digər qanun layihələri də müzakirə olunub. Payız sessiyasında keçirilən 12 iclasda 13 məsələyə baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən qanun layihələrinin əksəriyyəti komitədə üç oxunuşdan keçib və parlamentdə qəbul olunub. Komitənin üzvləri “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin, eləcə də bütövlükdə büdcə zərfinin müzakirəsində yaxından iştirak ediblər.
Ziyafət Əsgərov qeyd edib ki, həmin dövrdə NATO Parlament Assambleyasının Qafqazdakı vəziyyətlə bağlı onlayn qaydada keçirilən seminarında da qalib dövlətin təmsilçiləri olan Azərbaycan deputatları beynəlxalq hüquqa söykənərək yüksək səviyyədə çıxışlar edib, erməniləri susdurublar.
Bildirilib ki, sessiya ərzində seçicilərin qayğıları diqqət mərkəzində saxlanılıb. Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub. Komitəyə daxil olan 108 ərizə və şikayət araşdırılıb, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 78 məktub göndərilib.
Komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Elman Məmmədov, Arzu Nağıyev payız sessiyası dövründə görülmüş işləri müsbət dəyərləndiriblər. Fikir mübadiləsinin yekununda komitənin hesabatı məqbul sayılıb.
Sonra iclasda 2021-ci ilin yaz sessiyası ərzində komitənin qanunvericilik fəaliyyətini və digər tədbirləri əhatə edən iş planı təqdim olunub. Ziyafət Əsgərov komitənin gündəliyində olan “Hərbi qulluqçuların statusu haqqında” və “Daxili qoşunlar haqqında” qanun layihələri barədə ətraflı məlumat verib. Bildirib ki, həmin layihələr rəy alınması üçün hələ ötən sessiyalardan müvafiq nazirliklərə təqdim olunub. 2020-ci ildə Azərbaycanın hərb tarixində baş verən mühüm hadisə - Vətən müharibəsi xüsusilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna bir sıra yeniliklərin edilməsi zərurətini yaradıb.
Yaranmış yeni reallıqla əlaqədar “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində gedən iş prosesi barədə onlayn iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyidin məlumatı dinlənilib. Sonra deputat Nizami Səfərov həmin sənədlə bağlı fikirlərini açıqlayıb.
Yekunda yaz sessiyasının iş planı təsdiqlənib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də baxılıb. Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan bu layihə çox humanist sənəddir, qanuna 21.1.4-1-ci maddə əlavə edilməklə “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” birdəfəlik möhlət hüququ verilir.
Müzakirə zamanı deputatlar Aydın Mirzəzadə və Arzu Nağıyev rəy və təkliflərini nəzərə çatdırıblar.
Sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda deputatlar Bəxtiyar Sadıqov, Əminə Ağazadə və Elşad Mirbəşiroğlu da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

