Bakıdan növbəti dəvət...
28.03.2023 [10:17]
Qarabağın erməni ictimaiyyətinin nümayəndələri paytaxta gələcəklər?
Erməni əsilli vətəndaşlarımızla müzakirələrdə üçüncü tərəfə ehtiyac varmı?
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, 2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı reallıqların ən mühümlərindən biri də Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır. Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar artıq öz həllini tapır. Bununla bağlı müvafiq addımlar da atılıb. Bəlli olduğu kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Hətta martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdı. İndiki halda Bakıda keçirilməsi təklif edilən görüşdə isə üçüncü tərəfin iştirakına da zərurət qalmır. Ölkəmizin daxili işini, öz vətəndaşları ilə bağlı məsələləri özünün həll etməsi üçün həm iqtidarı, həm də potensialı var.
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
Ümumiyyətlə, ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyur. Hətta Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çxışı zamanı da bildirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır: “Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”.
Görüşün Bakıda baş tutmasının əsas məramı...
Yeni mərhələdə Qarabağ erməniləri ilə görüşün Bakıda təşkili mühüm əhəmiyyət kəsb edə bilər. Təbii ki, həm Xocalı, həm də Bakı Azərbaycan torpağıdır. Amma yeni görüşün paytaxtımızda reallaşması əlavə üstünlüklər verir. O baxımdan ki, Bakıdakı görüş 30 ilə yaxın Azərbaycandan məcburən kənar düşmüş vətəndaşların reinteqrasiyasının daha da güclənməsini şərtləndirən amilə çevrilə bilər. Eyni zamanda, bu, həm də qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynayacaq. Qarabağda yaşayan erməni vətəndaşlarımız Bakıya gələrkən Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi olacaqlar. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görəcəklər. Beləliklə, prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ yaradacaq. Qarabağda yaşayan erməni vətəndaşların Bakıya gəlişi tolerant, multikultural həyat tərzinə malik olan Azərbaycanda bütün xalqların sivil münasibətlər çərçivəsində yaşadığını növbəti dəfə sübut edəcək. Başqa sözlə, bu amil növbəti dəfə öz təsdiqini tapacaq - Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkədir və ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb. Beləliklə, Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi tanınıb. Ümumiyyətlə, ölkəmizdə qonaq olan xarici nümayəndələr də bu fikri hər zaman dəstəkləyiblər ki, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Eyni zamanda, qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi sərgiləməkdədir. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir. Beləliklə, Qarabağda yaşayan erməni vətəndaşlarla təmasların inkişafı problemin qısa zamanda həllinə şərait yaratmaqla yanaşı, sülh prosesinin də sürətlənməsinə yol açacaq.
Üçüncü tərəfə ehtiyac yoxdur...
Qeyd edildiyi kimi, Xocalı şəhərində keçirilmiş ilk görüşdə Rusiya sülhməramlıları da qatılmışdı. Hətta sonradan Azərbaycanın irəli sürdüyü təkliflərə “etiraz edən” bəzi destruktiv qüvvələrin nümayəndələri də onu əsas gətirirdilər ki, görüşdə Rusiya sülhməramlılarının nümayəndələrinin iştirakı vacibdir. Amma son proseslər bəzi məqamları ortaya çıxardı ki, bunu gözardı etmək olmaz. Bəlli olduğu kimi, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlarda rusiyalı sülhməramlıların Azərbaycan ərazilərində yerləşən erməni silahlılarına qeyri-qanuni silah daşınmasına kömək etdiyi bildirilir. Bu isə özlüyündə mühüm məqamlara yol açır. Yəni, Azərbaycan bu məsələdə hansısa bir dəstəyə və ya köməyə ehtiyac duymur. Öz vətəndaşlarımızla edilən təmaslar üçün hər hansı bir “məramlı qüvvəyə” ehtiyac yoxdur. Qarabağda yaşayan erməni vətəndaşlarımız onsuz da reinteqrasiyada maraqlı olduqlarını nümayiş etdiriblər. Buna mane olmağa çalışanlar isə ən yaxın müddətdə etdikləri səhvin fərqinə varacaqlar. Azərbaycanın humanist təklifləri mütləq şəkildə dəyələndirilməlidir.
Qərbi Azərbaycan İcmasının çağırışına etinasızlıq - Ermənistandan növbəti özünüifşa
Qərbi Azərbaycan İcmasının Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək, onu qayıdış məsələsi üzrə dialoqa başlamağa çağırması ölkəmizin və cəmiyyətimizin beynəlxalq hüquqa verdiyi dəyərin nümunəsidir. İcma məktubunda Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistan hökumətini Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa çağırmışdı. Məktubda, həmçinin azərbaycanlıların öz yurdlarına qayıtmalarından sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməli olduğu vurğulanırdı. “Ədalət və barışıq naminə biz insan haqları və reinteqrasiyaya əsaslanan sülhpərvər yanaşma seçdik və dialoq çağırışı ilə birbaşa Ermənistan hökumətinə müraciət etdik. İndi Ermənistan hökuməti buna qarşılıq verərək, bizimlə xoş niyyətlə dialoqa başlamalı və azərbaycanlıları öz evlərindən didərgin salaraq onları onilliklər ərzində düçar etdiyi ədalətsizliyə son qoymalıdır”, - deyə məktubda deyilirdi.
Amma təəssüf ki, Ermənistan növbəti dəfə beynəlxalq hüquqa zidd mövqe tutaraq Qərbi Azərbaycan İcmasının bu çağırışına adekvat cavab vermədi. Baş nazir Paşinyan bu müraciəti fərqli müstəvilərdə “yozaraq” azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamaq hüququna barmaqarası baxdı. Bu isə erməni məkrinin növbəti nümayişi idi. Bu addım bir daha Azərbaycan ilə Ermənistanın beynəlxalq hüquqa olan münasibətlərindəki fərqi açıq kontekstdə ortaya qoydu.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05

