Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni investisiya gündəliyi

Yeni investisiya gündəliyi

09.05.2026 [11:54]

Ölkəmizə 1,2 milyard dollar sərmayə yatıran İslam İnkişaf Bankı əməkdaşlığın yeni prioritetlərini açıqlayıb

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun nümayəndə heyətinin səfəri mühüm dövlət proqramlarının və özəl sektorda layihələrin maliyyələşdirilməsi üçün yeni fürsət kimi qiymətləndirilə bilər. Nümayəndə heyətinin rəhbəri Məhəmməd Əl-Casirin vurğuladığı kimi Azərbaycan ilə İİB arasında əməkdaşlığın inkişafı qürurvericidir və ayrılmış sərmayələr sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində mühüm töhfə verib. Maliyyələşdirmə çərçivəsində Azərbaycanın su və meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolunun modernizasiyası təmin olunub. Eləcə də, özəl biznesə müxtəlif maliyyə təchizatı dəstəyi göstərilib. Bundan başqa, İslam Bankı Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su idarəçiliyi və rəqəmsal transformasiya sahələrində texniki yardım və birgə təşəbbüslərin genişləndirilməsində yaxından iştirak etməkdədir. Ümumilikdə, İİB tərəfindən 20-yə yaxın dövlət və özəl layihənin icrasına 1,2 milyard dollardan çox vəsait ayrılıb.

Baş ofisi Səudiyyə Ərəbistanıın Ciddə şəhərində yerləşən, nizamnamə kapitalı təxminən 10 milyard dollar olan İslam Bankı ölkəmizdə maliyyə sabitliyinin möhkəmlənməsində də öz töhfəsini əsirgəməyib, dövlət şirkətlərində maliyyə idarəçiliyinin gücləndirilməsi, dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli strategiya sənədinin hazırlanması, dövlət müəssisələrinin idarə edilməsində şəffaflığın və effektivliliyinin artırılması, eləcə də dövlət büdcəsinin fiskal qayda və orta müddətli fiskal çərçivə əsasında hazırlanaraq təqdim olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən islahatların dəstəklənməsinə vəsaitlər ayrılıb.

“Yaşıl enerji”, suni intellekt layihələrinə dəstək veriləcək

Hazırda Azərbaycan ilə İİB arasında əməkdaşlığın yeni istiqamətləri və gələcək sərmayə gündəliyi müzakirə olunmaqdadır. İslam İnkişaf Bankının ölkəmizdə yeni sərmayə proqramı gerçəkləşdirmək niyyəti Prezident İlham Əliyevlə Məhəmməd Əl-Casirlə görüşdə də əsas müzakirə mövzularından biri olub. Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, enerji, o cümlədən “yaşıl enerji”, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Bankın sədri  Ələt Azad İqtisadi Zonasına sərmayə yatırmaq barədə fikir mübadiləsi aparıldığını, eyni zamanda Qarabağa səfər edərək bölgənin investisiya mühitinin nəzərdən keçiriləcəyini xatırladıb.

İslam İnkişaf Bankı Qrupu Azərbaycana süni intellekt sahəsində maliyyə baxımından yardım göstərməyə də hazırdır. Bu barədə Bankın strukturlarından biri olan İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının rəhbəri Yasser Alaki bildirb. Qeyd edib ki, süni intellekt yalnız Azərbaycan üçün deyil, bütövlükdə qlobal miqyasda əhəmiyyət daşıyır. Bu, hər bir islam və region ölkəsi üçün yeni sahə kimi önəm daşıyır və əməkdaşlıq blokunda yer alan Azərbaycan şirkətlərinin süni intellekt təşəbbüsləri korporasiya tərəfindən davamlı dəstəklənəcək. İslam Bankı Azərbaycan şirkətlərinə kredit sığortasından başlayaraq ticarətin maliyyələşdirilməsi və layihələrin maliyyələşdirilməsinə qədər geniş çeşidli xidmətlər də təklif edir. Bundan başqa, azərbaycanlı biznes icmasının öz məhsullarını beynəlxalq bazarlara, o cümlədən ərəb və körfəz regionuna  çıxarmasına yardım göstərmək, həmçinin, Azərbaycan banklarının maliyyə və biznes əməliyyatlarının dəstəklənməsinə kömək etmək niyyətindədir.

Azad ərazilərin bərpasına töhfə

Yeri gəlmişkən, İslam İnkişaf Bankının nümayəndə heyətinin maliyyə naziri Sahil Babayevlə görüşündə işğaldan azad olunmuş ərazilərdə bu maliyyə institutunun imkanları nəzərdə keçirilib. Bu ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə marağını gizlətməyən Məhəmməd Əl-Casir “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsində iştirakçılığı istisna etməyib. Xatırldaq ki, İslam bankı bölgədə ən mühüm infrastruktur layihələrindən olan Qız Qalası su anbarı və magistral suvarma kanalının tikintisində fəal yer almaqdadır. Qarabağ və ətraf regionlarda sosial-iqtisadi inkişaf və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan layihələrdə Bankın donorluğu nəzərdə tutulur.

Ümumilikdə, cənab Əl-Casirin ölkəmizə səfəri Azərbaycanla Bank arasında sıx əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni səhifənin açılması üçün yaxşı imkanlar yaradır. Qarşıda yeni hədəf və layihələrin icrası dayanır, bu Azərbaycanın təşəbbüskar olduğu regional layihələrin, o cümlədən Xəzəryanı ölkələrlə, türk və islam dövlətləri ilə güclü iqtisadi bağlantının yaradılması üçün müasir enerji-nəqliyyat qovşaqlarının maliyyələşdirilməsində İİB-in maliyyə təminatçısı olacağına əsaslı zəmin yaradır. Regional əməkdaşlıq proqramına əsasən. “yaşıl nəqliyyat” sahələrində, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında İİB ölkəmizə dəstək verəcək.

Qeyd edək ki, 2026-cı ilin 16-19 iyun tarixlərində Bakıda İslam İnkişaf Bankının 51-ci İllik Toplantısı keçiriləcək və bu mötəbər tədbirə İİB-lə yanaşı, aparıcı maliyyə institutlarının mümnayəndələri qatılacaq. Toplantı maliyyə təşviqləri sahəsində təkanverici rol oynamaqla, Azərbaycan və Bank arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün əhəmiyyətli platforma olacaq. Eyni zamanda, İİB-lə əməkdaşlıq edən sərmayədarların Azərbaycanda investisiya planlarının icrasında fəaliyyətində imkanları artıracaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31